Tibbi Xidmət İdarəsində gömrük işçilərinin peşə bayramına həsr edilmiş tədbir keçirilib - Fotolar
31.01.2022 18:50
Tibbi Xidmət İdarəsində Azərbaycanda Gömrük Xidmətinin yaradılmasının 30 illiyi və Gömrük İşçilərinin peşə bayramına həsr edilmiş tədbir keçirilib.
31 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikası gömrük orqanlarının yaradılmasının 30-cu ildönümü və gömrük əməkdaşlarının peşə bayramı münasibətilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsində tədbir keçirilib.
Aztibb.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov iclası giriş sözü ilə açaraq, tədbir iştirakçılarını Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 30 illiyi və Gömrük İşçilərinin peşə bayramı münasibətilə təbrik edib. İdarə rəisi Ceyhun Məmmədov Azərbaycan gömrük sisteminin 30 il ərzində əldə etdiyi nailiyyətlərdən və tibbi xidmət sahəsində əldə edilən uğurlardan danışıb.
Sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmri ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalları, “Gömrük orqanlarında xidmətə görə” 3-cü dərəcəli döş nişanı, “Gömrük xidməti əlaçısı” döş nişanı, “Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə” döş nişanı, Azərbaycan Respublikası Gömrük işini aparan İcra Hakimiyyəti orqanının Fəxri fərmanı ilə təltif olunan, növbəti xüsusi və xüsusi vaxtından əvvəl rütbələr verilən Azərbaycan Respublikası Tibbi Xidmət İdarəsinin əməkdaşlarının adları elan edilib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsi rəisinin müavini Elnurə Novruzlu, Tibbi Xidmət İdarəsinin Maliyyə şöbəsinin rəisi Arzu Həsənov, Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkim Elman Məmmədov, baş həkimin müavini Rəna Qasımova, Təcili tibbi yardım şöbəsinin rəisi Nərgiz Kərimova, Cərrahiyyə şöbəsinin rəisi Namiq Novruzov, Cərrahiyyə şöbəsinin həkim-cərrahı Aynur Səfiyeva, Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi Mircəlal Kazımi, Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin rəisi Tural Sadıqov, Anesteziologiya və Reanimasiya şöbəsinin həkim anestezioloq-reanimatoloqu Könül Həsənova, Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin həkim anestezioloq-reanimatoloqu Rəşad Nəsirli, Poliklinika şöbəsinin dermatoveneroloqu Sevinc Kərimova, Radiologiya şöbəsinin həkim sonoloqu Tükəzban Abdullayeva, Alqı-satqı və təchizat şöbəsinin rəisi Rəşad Fərəcov “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalları ilə təltif olunublar. Həmçinin, Baş Gömrük Mühafizə Xidmətindən Mərkəzi Gömrük Hospitalında xidmət göstərən Mühafizə Dəstəsinin rəisi Faiq Vəliyev də yubiley medalı ilə təltif olunub.
Tibbi Xidmət İdarəsinin Tibb komissiyasının həkimi, həkim psixiatr İradə Ramazanova, Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin tibb bacısı Hicran Tağıyeva, Mama-ginekologiya şöbəsinin tibb bacısı Mirvari Qurbanova, Radiologiya şöbəsinin radioloqu Emin Məmmədov, Poliklinika şöbəsinin həkim-terapevti Gülər Miriyeva, Poliklinika şöbəsinin böyük tibb bacısı Gültəkin Quliyeva, Təcili tibbi yardım şöbəsinin tibb bacısı Solmaz Mövsümova “Gömrük orqanlarında xidmətə görə” 3-cü dərəcəli döş nişanı ilə təltif olunublar.
Mərkəzi Gömrük Hospitalının Texniki-təsərrüfat şöbəsinin rəisi Pərviz Sadıqov “Gömrük Xidməti əlaçısı” döş nişanı ilə təltif edilib.
Azərbaycan Respublikası Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalı baş həkimin müavini Bəxtiyar Musayev, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, Nefrologiya və Efferent Terapiya Şöbəsinin rəisi Mirmənsim Məmmədov, Anesteziologiya və Reanimasiya şöbəsinin həkim anestezioloq-reanimatoloqu Mehdi Əliyev “Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə” döş nişanı ilə təltif olunublar.
Azərbaycan Respublikası Tibbi Xidmət İdarəsi Elmi Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, Mərkəzi Gömrük Hospitalının Travmatologiya şöbəsinin rəisi Ramin Rzayev, Laboratoriyanın tibb bacısı Xırdaxanım Abbasova, həkim-infeksionist Mədinə Abdullayeva, Anesteziologiya və Reanimasiya şöbəsinin həkim anestezioloq-reanimatoloqu Şahin Mazanov, Radiologiya şöbəsinin həkim sonoloqu Günay Əhmədova, Kardiologiya şöbəsinin kardioloqu Günay Hətəmova Azərbaycan Respublikası Gömrük işini aparan İcra Hakimiyyəti orqanının Fəxri fərmanı ilə təltif olunublar. Mərkəzi Gömrük Hospitalının 3 əməkdaşına növbəti xüsusi rütbə vaxtından əvvəl, 16 gömrük əməkdaşına növbəti xüsusi rütbə verilib.
Tədbirin sonunda Azərbaycan Respublikası Tibbi Xidmət İdarəsinin rəis müavinləri - İsmayıl Əfəndiyev, Elnurə Novruzlu, Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov, baş həkimin müavini Rəna Qasımova, Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi Mircəlal Kazımi, Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin rəisi Tural Sadıqov, Cərrahiyyə şöbəsinin həkim-cərrahı Aynur Səfiyeva çıxış edərək, Gömrük işçilərinin peşə günündə gömrük xidmətinin tibb işçilərinə göstərilən diqqətə, fəaliyyətlərinə verilən yüksək qiymətə və onlara göstərilən yüksək ehtimada görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova dərin təşəkkürlərini bildiriblər.
Bu bölməyə aid digər xəbərlər
Zakir Həsənov Baş Klinik Hospitalı ziyarət edib
26.06.2026 | 09:48
Rəşadət Nabatov 38 vətəndaşın müraciətini dinləyib
24.06.2026 | 14:45
Mərkəzi Neftçilər Xəstəxanasında Beynəlxalq Allergiya Ayına həsr olunmuş seminar keçirilib
24.06.2026 | 09:16
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
24.06.2026 | 08:59
Səhiyyə Nazirliyinin nümayəndə heyəti Polşada HPV-a qarşı peyvəndlənmə üzrə beynəlxalq forumda iştirak edib
23.06.2026 | 09:27
Mərkəzi Gömrük Hospitalında seminar: “Aterosklerozun yükü: pasiyent və səhiyyə sistemi üçün çağırışlar Özbəkistan təcrübəsi”
22.06.2026 | 12:08
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
22.06.2026 | 10:55
Bakıda ağciyər transplantasiyasının gələcək perspektivləri müzakirə olunub
22.06.2026 | 09:45
Ağciyər Xəstəlikləri Mərkəzində Qazaxıstan Respublikasının parlamentlərarası nümayəndə heyəti ilə görüş keçirilib
19.06.2026 | 11:50
AQTA sədri Qoşqar Təhməzli IFAD nümayəndə heyəti ilə görüşüb
18.06.2026 | 17:18
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
18.06.2026 | 15:14
17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür
17.06.2026 | 09:33
Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib
26.06.2026 | 13:09
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
19.06.2026 | 10:00
Mərkəzi Klinika vakansiya elan edir
19.06.2026 | 14:24
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
17.06.2026 | 08:34
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
16.06.2026 | 16:25
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
22.06.2026 | 14:52
Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib
17.06.2026 | 14:50
TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib
17.06.2026 | 14:59
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
22.06.2026 | 11:16
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
17.06.2026 | 09:48
Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib
18.06.2026 | 12:45
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
19.06.2026 | 18:23
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində
17.06.2026 | 13:01

