2022-2026-cı illər üzrə Azərbaycanın Milli Səhiyyə İnformasiya Strategiyasının hazırlanması ilə bağlı müzakirələr aparılıb
31.01.2022 17:23

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Dünya Bankının rəhbər nümayəndələrinin iştirakı ilə işçi görüş keçirilib.

 

Görüşdə Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, Agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər. Dünya Bankını isə əməliyyatlar üzrə baş mütəxəssis Səidə Bağırlı və Dünya Bankının müvafiq sahələr üzrə ekspertləri təmsil ediblər.

 

“Elektron Səhiyyə və Tibbi İddiaların İdarə edilməsi Sisteminin İnkişafı” üzrə texniki yardım layihəsi çərçivəsində keçirilən görüşdə tibbi iddiaların idarə edilməsi və əlaqədar sahələrin qiymətləndirilməsinin əsas nəticələri, 2022-2026-cı illər üzrə Azərbaycanın Milli Səhiyyə İnformasiya Strategiyasının hazırlanması ilə bağlı müzakirələr aparılıb.

 

Yaponiyanın “İqtisadi və Sosial İnkişaf Proqramı”nın dəstəyi ilə həyata keçirilən bu layihə çərçivəsində Dünya Bankının ekspertlərinin texniki vəziyyətin və infrastruktur potensialın qiymətləndirilməsi məqsədilə seçilmiş səhiyyə müəssisələrinə səfərləri planlaşdırılıb. Habelə iki illik layihənin sonunda sözügedən istiqamətlər üzrə Səhiyyə Nazirliyi, Agentlik, TƏBİB-ə beynəlxalq təcrübənin tətbiq olunması və yol xəritəsinin təqdim olunması nəzərdə tutulub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb