Uşaqlarda bezdirici və qıcıqlandırıcı öskürək - ƏLAMƏTLƏRİ
31.01.2022 14:41

Uşaqlarda bəzən "yalançı" öskürək müşahidə olunur. Əsas etibarilə müəyyən xəstəliyə yoluxub sağaldıqdan sonra azyaşlılarda olan bezdirici, qıcıqlandırıcı, gün ərzində çox sıx təkrarlanan öskürək valideynləri narahat edir. Onlar uşağın nəfəs almadan, quru öskürdüyünü deyirlər ki, bu, "tik öskürək" hesab olunur.  

 

 Aztibb.az-ın xəbərinə görə, həkim-pediatr Günay Rəsulova bu barədə paylaşım edib.

 

Onun sözlərinə görə, belə öskürəklərin əsas xüsusiyyəti uşaq yatarkən itməsidir.  Belə ki, uşaq yuxuda olarkən öskürək tam kəsilir. Lakin gün içində quru və bezdirici formada davam edir:

 

"Çox vaxt belə öskürək zamanı müayinə etdikdə patologiya aşkar edilmir. Bronxlar və ağciyər təmiz olur. Eyni zamanda pasiyentin üst tənəffüs yollarında uşağı öskürdəcək səbəb aşkar edilmir.  Buna görə də bezdirici öskürəklər zamanı dəqiq, hərtərəfli müayinə vacibdir".

 

G.Rəsulova əlavə edib ki, tik öskürəkləri zamanı nevroloq müayinəsinə də ehtiyac yarana bilər. 

 

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub