Bu müayinə metodu epileptik xəstəliyin diaqnozunda əsas və həlledici rol oynayır  
31.01.2022 12:02
EEQ-Elektroensefaloqrafiya bütün yaş qruplarında beyin elektrik aktivliyini müəyyən etməkdə istifadə olunan müayinə üsuludur.
 
Aztibb.az xəbər verir ki, Mərkəzi  Klinikanın Pediatriya şöbəsinin uşaq-nevropatoloqu Fəxriyyə Həsənovanın sözlərinə görə, bu müayinə metodu epileptik xəstəliyin diaqnozunda əsas və həlledici rol oynayır:
 
"Bu qrup xəstəliklərin bir qismi yenidoğulmuş dövründən özünü büruzə verir, yenidoğulanlarda qeyd olunan qıcolma xarakterli əlamətlərin epileptik xəstəliyə aid olması şübhəsi varsa, EEQ-dən sonra diaqnoz dəqiqləşdirilir".
 
Həkim əlavə edib ki, müayinə metodu ağrısızdır, elektrodlar yardımıyla beyin elektrik aktivliyinə baxılır. Xəstəliyin tipindən, uşağın ümumi vəziyyətindən asılı olaraq EEQ müddəti minimum yarım saat olmaqla müxtəlif zaman kəsiyində aparılır.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev