12 yaşlı ağır skoliozlu xəstə uğurla əməliyat olunub - FOTO
31.01.2022 11:37

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında skolioz diaqnozu qoyulmuş 12 yaşlı uşaq cərrahi əməliyyat olunub. Əməliyyat klinkanın Neyrocərrahiyyə şöbəsinin assistenti Cəmil İskəndərovun rəhbərliyi ilə həyata keçirilib.

 

Aztibb.az xəbər verir ki, neyrocərrahın bildirdiyinə görə, uşaqda skolioz xəstəliyi 10 yaşında aşkar olunub: “Xəstə son dövrlər korsetdən istifadə etməsinə baxmayaraq, onda sürətlə əyilmə prosesinin getməsi müşahidə edilirdi. Əyilmə 45 dərəcədən artıq idi. Prosesin qarşısını almaq mümkün olmadığı üçün onu əməliyyat etməyi qərara aldıq. Sevindirici haldır ki, əməliyyat uğurlu həyata keçdi. Artıq ertəsi gün xəstə gəzdirildi. Vəziyyəti qənaətbəxş olduğu üçün 4 gündən sonra evə yazıldı. O, hazırda özünü normal hiss edir”.

 

Həkim ağır əməliyyat olmasına baxmayaraq uşağın onurğasının tez bir zamanda bərpa olunacağına, normal həyata dönəcəyinə və təhsilini davam etdirəcəyini diqqətə çatdırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır