B17 vitamini xərçəngdən qoruyurmu? - FİTOTERAPEVT AÇIQLADI
31.01.2022 09:08
"100 ildən çoxdur ki, iddia olunur ki, laetril adlı maddə xərçəngi müalicə edir və bu yöndə geniş elmi tədqiqatlar aparılıb, lakin heç bir nəticə əldə olunmayıb və laetril xərçəngi müalicə etmir. Sonra isə inkişaf etmiş ölkələr laetril adlı dərmanın istehsalına qadağa qoyublar.
 
Daha sonra laetrili istehsal edən şirkətlər bazarlarını itirməmək üçün B17 vitamini adı altında istehsal etdiyi dərmanlarını satışa çıxardılar və "xərçəng yoxdur yalnız B17 vitamini çatışmazlığı var" fikrini irəli sürdülər. Bu maddənin adının dəyişdirilərək B17 vitamini qoyulması Amerika və Avropada vitamin istehsalına heç bir qadağanın olmaması ilə bağlıdır".
 
Aztibb.az xəbər verir ki, bu fikirləri həkim-fitoterapevt Fizuli Hüseynov bildirib. 
 
Həkim qeyd edib ki, B17 vitamini acı ərik tumunda, acı badamda, cır gilasda, şaftalı toxumunda, cücərmiş buğdada, alma armud çəyirdəyində daha çox mövcuddur.
 
"Lakin bütün acı olan tumlarda sianid adlı çox güclü bir zəhər vardır ki, belə qidaları bir dəfəyə çox yemək insanı anidən öldürə bilər", - deyə qeyd edən F.Hüseynov qey olunan tumların az-az yeyilməsinin faydalı olduğunu bildirib. Əlavə edib ki, bu tumlar bədəni qurdlardan təmizləyir, təkiblərində piyli efirli yağları vardır, immun sistemin güclənməsi üçün faydalıdır, bir çoxunun tərkibində yod birləşmələrimövcuddur.
 
Fitoterapevt bildirib ki, B17 vitamini adı altında satılan amiqdalin preparatında həmin minerallar və yağlar yoxdur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev