Alimlərdən XƏBƏRDARLIQ: çay və qəhvə xərçəngə səbəb ola bilər
31.01.2022 08:58

Çin alimləri apardıqları geniş araşdırmalar nəticəsində qərara gəliblər ki, qəhvə, çay və mate kimi içkilər içərkən qida borusu xərçənginin inkişaf ehtimalı var.

 

Aztibb.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər bunu maye qəbulu zamanı qida borusunun selikli qişasının termik zədələnməsi ilə izah ediblər. Onlar xəbərdarlıq ediblər ki, bu içkilər, tərkibinə daxil olan maddələrdən asılı olaraq, xərçəngə səbəb olmaqla yanaşı, əksinə, onun yaranmasının da qarşısını ala bilər.

 

Tədqiqat zamanı yüksək temperaturlu içkilər və isti yeməklərlə bağlı əlaqəni öyrənilməsinə yönəlmiş çoxlu araşdırmalar nəzərdən keçirilib. Əksər hallarda, temperatur amili sağlamlığa mənfi təsir göstərib, bununla əlaqədar alimlər belə qənaətə gəliblər ki, isti içkilər içmək qida borusu xərçənginin inkişaf riskinin artmasına şərait yarada bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev