“Hind Klinikası”nda qanvermə aksiyası keçirilib  
29.01.2022 15:40

Hindistanın 73-cü Respublika Günü münasibətilə və “Azadi Ka Amrit Mahotsav” (Müstəqilliyin dadı) təşəbbüsü altında Hindistanın Azərbaycandakı səfirliyi, Bakıdakı “Hind Klinikası”, Azərbaycan Hind Assosiasiyası, Azərbaycanda fəaliyyət göstərən Hindistanın etnik qruplarının (Bakı Malayali Assosiasiyası, Azərbaycan Telequ Assosiasiyası və Bakı Tamil Sanqam Təşkilatı) nümayəndələri “Hind Klinikası”nda qanvermə aksiyası təşkil ediblər.

 

Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Mərkəzi Qan Bankı üçün qan verməyə gələn hər kəsə minnətdarlığını bildirib. O, qanvermənin “dünya bir ailədir” mənasını verən “Vasudhaiva Kutumbakam” adlı hind fəlsəfəsindən ilhamlandığını bildirib.

 

Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Naqif Həmzəyev də iştirak edib.

 

Qanvermə aksiyasına səfir Bavitlunq Vanlalvavna, onun həyat yoldaşı, səfirliyin əməkdaşları, Hindistan icmasının üzvləri, Hindistanın dostları və digər könüllülər qatılıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib