Damar genişlənməsinin ƏLAMƏTLƏRİ
29.01.2022 15:43
"Damar genişlənməsi - qan miqdarının artan təzyiq səbəbi ilə bir yerdə toplanaraq damarları genişləndirdiyi bir vəziyyətdir".
 
Aztibb.az-ın xəbərinə görə, həkim nefroloq Barat Yusubov bu barədə məlumat paylaşıb.
 
Həkim qeyd edib ki, damar genişlənməsi nə yaş, nə də cins məhdudiyyəti tanımır. ️Müalicə edilməzsə, damarlarda çatlar və partlamalar, xroniki venoz çatışmazlıq, tromboflebit, trofik xora, hətta damar tutulması ilə ağırlaşaraq ölümcül nəticələrə səbəb olar.
 
Damar genişlənməsinin əlamətlərini bilmək və zamanında tədbir görmək önəmlidir.
 
- Aşağı ətrafların varikoz genişlənmiş damarları günortadan sonra şişkinlik görünüşü ilə xarakterizə olunur. Şişkinlik bir ayaqda və ya hər iki ayaqda görülə bilər. Şişkinlik əsasən dizdən aşağı, xüsusilə topuq nahiyəsində əmələ gəlir. Həmçinin dəri səthində göyərmə müşahidə olunur.
 
- İş gününün sonu ayaqda yaranan yorğunluq və ağırlıq hissi damar genişlənməsinin ilkin göstəriciləridir və varikoz damarların inkişafından xəbər verir.
 
- Damar genişlənməsinin əsas xarakterik əlaməti üfüqi vəziyyətdə şişkinlik və yorğunluğun əhəmiyyətli dərəcədə azalmasıdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev