Göygöl rayonundakı Psixonevroloji Sosial Xidmət Müəssisəsində əsaslı yenidənqurma işləri aparılıb - Fotolar
27.01.2022 15:48

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Göygöl rayonundakı 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində müvafiq kateqoriyadan olan 135 şəxs stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunur.

 

Aztibb.az xəbər verir ki, son illər sosial infrastrukturun müasir tələblərə uyğun qurulması proqramı çərçivəsində 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində də əsaslı təmir və yenidənqurma işləri aparılıb.

 

Bunun üçün ümumilikdə 3,2 milyon manat vəsait ayrılıb. Uzun illər baxımsız və təmirsiz vəziyyətdə qalmış həmin müəssisə qeyd olunan vəsait hesabına əsaslı təmir edilərək yenidən qurulub, bütün kommunal sistemlər yenilənib. Həmçinin müəssisə yeni məişət avadanlıqları, reabilitasiya vasitələri, müasir cihazlarla təmin edilib, ətraf ərazi abadlaşdırılıb, sakinlərin asudə vaxtının mənalı təşkili üçün guşələr yaradılıb.

 

Beləliklə, əsaslı təmir və yenidənqurma işlərindən sonra 2020-ci ilin dekabr ayında istifadəyə verilən müəssisədə sakinlərin stasionar şəraitdə rahat yaşayışı və sosial reabilitasiya tədbirləri ilə əhatə olunması üçün müasir şərait mövcuddur.

 

Sakinlərin normativə uyğun olaraq geyim əşyaları, keyfiyyətli qidalarla  təminatı, asudə vaxtlarının səmərəli təşkili, müvafiq hallarda ilkin tibbi yardımın və ixtisaslaşdırılmış tibbi xidmətin təşkili işləri həyata keçirilir. Eyni zamanda, sakinlərin əmək terapiyası, bacarıqlarının inkişafı, üçün dərnəklər də fəaliyyət göstərir.

 

Son üç ildə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra  istifadəyə verilib. Ötən ay isə ölkəmizdə daha bir reabilitasiya müəssisəsinin – Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin açılışı olub. Yaxın aylarda Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi və Şəmkir Uşaq Reabilitasiya Mərkəzi də açılacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır