İnfarkt zamanı tıxanmış damarın ən qısa müddətdə açılması üçün METODLAR
27.01.2022 14:50
İnfarkt səbəbindən ölüm hallarının yarısı ilk saat ərzində baş verir. Bu zaman erkən diaqnoz - erkən tibbi müdaxilə ürəyi və həyatı xilas edə bilər.
 
Aztibb.az xəbər verir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib. Onun sözlərinə görə, infarkt diaqnozu xəstənin şikayətləri və EKQ-nin qiymətləndirilməsi ilə həkim tərəfindən qoyulur.
 
İnfarkt diaqnozu üçün xarakterik əlamətlər:
 
- Sinə, kürək və çiyində ağrı;
- Nəfəs darlığı, ani soyuq tər;
- Səbəbsiz yorğunluq;
- Ürəkbulanma və qusma;
- Qəfil başgicəllənmə.
 
İnfarkt halında həkim müdaxiləsinin məqsədi tıxanmış damarın ən qısa müddətdə açılmasıdır. Bu, aşağıda qeyd olunan metodlarla icra oluna bilər.
 
Balon-angioplastika: tıxanmış arteriya angioplastika ilə balondan istifadə edilərək genişləndirilir və qan axımı bərpa edilir.
 
Stent: koronar stent yerləşdirilməsi. Ümumiyyətlə, damarın tam açıqlığını təmin etmək və onu yenidən tıxanmamaq üçün balon angioplastika ilə birlikdə istifadə olunur.
 
Bypass əməliyyatı: qollar və ayaqlar ki­mi bədənin digər his­sələrindən alınan da­marlar tıxanmış ürək damarlarına qan axını bərpa etmək üçün istifadə olunur.
 
"İkinci infarkt hər zaman daha böyük risk daşıyır. Bu səbəbdən xəstə evə buraxılmazdan əvvəl ətraflı ri­sk qiymətləndirməsi aparılır", - deyə həkim əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev