Skoliozun müalicəsində fizioterapiyanın ROLU
27.01.2022 11:27

Skoliozun müalicəsində ən yayılmış və effektiv metod fizioterapiyadır. Müalicəvi idman və müxtəlif növ korsetlərin qamət düzlənməsində köməyi effektiv olsa da, müasir tibbin imkanları bununla məhdudlaşmır.

 

Aztibb.az-ın xəbərinə görə, tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bu barədə məlumat paylaşıb.

 

Həkimin sözlərinə görə, bu gün skoliozun müalicəsində fizioterapiyanın köməkçi metodlarının rolu əvəzolunmazdır:

 

"Onun köməkliyi ilə maddələr mübadiləsi və qan dövranının sürətlənməsi, toxumaların qanla təchizatının gücləndirilməsi, iltihabi proseslərin aradan qaldırılması və əzələ tonusunun artırılmasına (skolioz zamanı kürək əzələlərinin bir tərəfi daima gərgin və güclü,digər tərəf isə atrofiyaya uğradığından zəifləmiş) nail olmaq mümkündür. Fizioterapevtik müalicə və müalicəvi idman onurğa və əzələlərə düşən yükün doğru paylanmasına köməklik göstərir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev