Omikron ştamından qorunmaq üçün həkim TÖVSİYƏLƏRİ
27.01.2022 09:55
İlk növbədə, Omikron ştamına yoluxduğunuzu dəqiqləşdirdikdən sonra müalicəni harada alacağınızı müəyyən etməlisiniz. Bu isə müraciət etdiyiniz həkimin təyinatından asılıdır. Koronavirusun bu yeni ştamı çox vaxt ev şəraitində müalicə almağa imkan verir.
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Poliklinika rəisi, kardioloq Tamilla Əliyeva “Həkim məsləhəti” rubrikasında “Omikron ştamına yoluxduqda nə etmək lazımdır?” sualını cavablandıarkən belə deyib.
"Yanvar ayının son günlərini yaşayırıq. Yeni növ koronavirusun Cənubi Afrikada yayılmağa başlayan, daha sonra Avropaya “ayaq açan” omikron ştamı Azərbaycanda da aşkarlandı", deyə xatırladan həkim məhz bu ştamın gəlişi ilə son günlər ölkəmizdə yoluxmaların sayında artımın müşahidə olunmağa başladığını diqqətə çatdırıb. Qeyd edib ki, bu da yeni ştamın daha sürətli yoluxduruculuq qabiliyyəti ilə bağlıdır. Amma sürətlə yoluxdurmaq omikron ştamının yeganə xüsusiyyəti deyil və bu xüsusiyyətlər xəstəliyə yoluxduqda özünü büruzə verir.
Həkimin sözlərinə görə, əsas fərqləndirici xüsusiyyətlər aşağıdakılardır: omikrona yoluxan pasiyentlər daha çox boğazda intensiv ağrıdan, qızdırmadan, öskürəkdən, baş ağrısı, zəiflik və ishaldan şikayət edirlər. Bu əlamətlər daha çox respirator xarakterlidir. Digər ştamlarda da rast gəlinən bu əlamətlər omikron ştamında daha qabarıq özünü göstərir. Onu da qeyd edim ki, əvvəlki ştamlarda iybilmə və dadbilmə itirdisə, omikron ştamında bu çox nadir hallarda baş verir. Həmçinin, gözlərin qıcıqlanması, zökəm, asqırma və nəfəs darlığı az rast gəlinir.
Böyük Britaniya mütəxəssislərinin apardıqları tədqiqatın nəticələrinə görə, yuxarıda qeyd etdiyim əlamətlər peyvənd olunmuş xəstələrdə özünü göstərir. Vaksinasiyadan keçməmiş xəstələr, məsələn, Cənubi Afrikada aparılan tədqiqatların nəticələrinə görə, omikron pandemiyanın əvvəllərində müşahidə olunan əlamətlərlə özünü göstərir, yəni koronavirusun ağır keçməsi ilə seçilir. Göründüyü kimi, vaksinasiya koronavirusun hər bir ştamına qarşı mübarizənin ən effektiv yoludur.
Məhz peyvənd edilmiş insanlarda omikron ştamı digər ştamlarda, o cümlədən delta ştamından daha yüngül keçir və ölüm halları daha az olur. Omikron ştamının daha sürətlə yayılması səbəbindən əvvəllər olduğu kimi, insanların sıx olduqları yerlərdən mümkün qədər uzaq olmaq, ara məsafəsi saxlamaq, tibbi maska taxmaq, əlləri tez-tez spirtlə silmək və ya sabunla yumaq, ictimai nəqliyyatda: avtobuslarda, taksilərdə, metroda sosial məsafə saxlamaq və yenə də qeyd edirəm, tibbi maskadan istifadə etmək lazımdır.
Çox vacib məsələlərdən biri də, tibbi maskanın düzgün istifadəsidir. Bu barədə çox danışılsa da, insanlar yenə də tibbi maskalardan düzgün istifadə etmir, burun və ağız hissə açıq qalmaqla, çənə üstündə gəzdirirlər, iki saatdan bir maskanı dəyişmirlər – bunun isə heç bir faydası yoxdur.
Bəs omikron ştamına yoluxduqda ilk növbədə, nə etməli, ətrafımızda olan insanları necə qorumalıyıq?
İlk növbədə, bu ştama yoluxduğunuzu dəqiqləşdirdikdən sonra müalicəni harada alacağınızı müəyyən etməlisiniz. Bu isə müraciət etdiyiniz həkimin təyinatından asılıdır. Koronavirusun bu yeni ştamı çox vaxt ev şəraitində müalicə almağa imkan verir. Belə ki, Səhiyyə Nazirliyinin evdə müalicə ilə bağlı açıqladığı qaydalara əsasən yoluxma halı təsdiqlənərsə, xəstəliyi yüngül formada keçirən şəxslər “həkim rəyinə əsasən”, yaşadıqları və ya olduqları yerdə təcrid olunur və onların üzərində tibbi müşahidə həyata keçirilir.
Həmçinin, xəstəliyi simptomsuz (klinik əlaməti olmayan) keçirən xəstələr də ev şəraitində həkim nəzarətində olmalıdır. Özünüzdə COVID-19 virusunun hər hansı ştamına yoluxduğunuzdan şübhəniz yarandıqda, mütləq poliklinikaya telefon vasitəsilə zəng etməlisiniz. Əlamətlər ağır formada özünü göstərərsə, qızdırmanız qalxarsa, Təcili tibbi yardım çağırın. Koronavirusun hər ştamı təhlükəlidir və hər hansı əlamət hiss etdikdə evdə qalın, COVID-19 testi verin. Testin cavabı çıxmayana qədər evdə qalın ki, xəstəliyi başqalarına keçirməyəsiniz.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

