Mütəxəssisdən uzun yol gedərkən ürəkbulanma, başgicəllənmə ilə qarşılaşan insanlara TÖVSİYƏLƏR
26.01.2022 16:17

Bir çox insan nəqliyyat vasitələri ilə uzun yol gedərkən ürəkbulanma, başgicəllənmə ilə qarşılaşır. Mütəxəssislərin fikrincə, bu əlamətlərə əsasən azyaşlılarda rast gəlinir. 

 

Aztibb.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini? Mərkəzi Gömrük Hospitalının terapevti t.f.d., dosent İsmayıl Əfəndiyev "ATV səhər" verilişində uzun yol gedərkən qarşılaşılan narahatlıqların qarşısını almaq yollarından danışıb. 

 

Həkimin sözlərinə görə, insan orqanizmində vestibulyar aparatda xüsusi kristallar mövcuddur. Bəzən insan hərəkət edərkən gördüklərimiz və vestibulyar aparat tərəfindən beyinə ötürülən siqnallar arasında müəyyən uyğunsuzluq baş verir. Belə olan halda, orqanizm düzgün məlumat almadığına görə bu kimi əlamətlər özünü göstərir.

 

İ.Əfəndiyev qeyd edib ki, xəstəliyin tam müaılicəsi olmasa da, əlamətlərini azaltmaq mümkündür:

 

"Əgər siz gəmi ilə hərəkət edirsinizsə, bu zaman gəminin orta hissəsində dayanmaq və hərəkət etməyən bir nöqtəyə, məsələn üfüqə baxmaq lazımdır. Qeyd olunanlara əməl etdikdən sonra əlamətlər keçməzsə, uzanıqlı vəziyyətdə gözləri yummaqla vestibulyar aparatı müəyyən qədər sakitləşdirmək mümkündür".

 

Həkim əlavə edib ki, bu problemlə qarşılaşan insanlar nəqliyyatda telefondan istifadə etməməli, kitab oxumamalıdır. Əks halda, bu, hərəkət xəstəliyi olan kinetozun əlamətlərini artıra bilər. 

 

Qeyd olunub ki, yola çıxarkən dərman vasitələri və ya türkəçarə üsullardan istifadə olun bilər. Bu zaman limon, nanə və ya zəncəfil tamlı vasitələrdən istifadə effektivdir.

 

"Uzun yola qatar və ya təyyarə ilə çıxan kinetoza meyilli insanlara məsləhətim odur ki, yola çıxarkən heç bir qida qəbul etməsinlər və qazlı içkilərdən istifadə etməsinlər", - deyə qeyd edən İ.Əfəndiyev bu xəstəliyin bir çox hallarda irsi olaraq ötürüldüyünü bildirib. 

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub