“İlk yardım” mobil tətbiqi istifadəyə verildi - Fotolar
25.01.2022 14:39
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “İlk yardım” mobil tətbiqi istifadəyə verildi.
 
Aztibb.az xəbər verir ki, 25 yanvar 2022-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), “Uptodate İn Medicine” və “Ezgil” tibbi texnologiyalar şirkəti tərəfindən yaradılan “İlk yardım” mobil tətbiqinin təqdimatı keçirildi.
 
İSİM-in direktoru Qəhrəman Haqverdiyev giriş sözü ilə çıxış edərək bildirdi ki, yeni mobil tətbiq xilasetmə məsləhətlərinin hər zaman, hər yerdə əlçatan olmasına imkan verir, gündəlik fövqəladə və ya təcili tibbi hallar zamanı tövsiyə olunan müvafiq tədbirləri nəzərə çatdırır.
 
İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov geniş təqdimatla çıxış edərək, “İlk yardım”mobil tətbiqi barədə ətraflı məlumat verdi: “Yeni mobil əlavəni telefon və ya planşetə yükləyərək, təcili tibbi yardım xidmətləri və ya digər təcili yardım qurumları tərəfindən lazım olduqda və ya təlimat verildikdə ilk yardım tədbirlərini həyata keçirmək mümkündür. Eyni zamanda, aparılan tədbirlərə yardımçı olmaq üçün tematik videolara və təlimatlara addım-addım çıxış imkanı əldə etmək olar”.
 
Beləliklə, vurğulandı ki, yeni mobil tətbiqdə:
 
- İlk tibbi yardım və fövqəladə hallarda yardım tədbirlərinə dair tövsiyələr;
- İstədiyiniz zaman tətbiqdən 103-ə zəng etmək imkanı;
- İlk yardım / ürək-ağciyər reanimasiyasına dair bilik və bacarıqlarınızı dəstəkləməyə kömək edən video və animasiyalar;
- Qış fəsli, sel, zəlzələ və torpaq sürüşmələri, kimyəvi zəhərlənmələr və digər fövqəladə hallar daxil olmaqla, müxtəlif vəziyyətlərə təcili hazırlıq və cavab tədbirlərinə dair məlumatlar təqdim edilir.
 
"Apple" və "Android" mobil cihazları üçün mövcud olan “İlk yardım” mobil tətbiqini yükləyərək, ilk tibbi yardım və fövqəladə hallarda yardım üzrə bilik və bacarıqlar əldə etmək olar.
 
Qeyd edək ki, “İlk yardım” mobil tətbiqini "Google Play Market" və "App Store"dan yükləmək mümkündür.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır