Uzman həkim: "Miokard infarktının erkən ağırlaşmaları ilk saatlarda baş verir"
25.01.2022 12:46
"Miokard infarktının erkən ağırlaşmaları infarktın ilk saatları və günlərində baş verir".
Aztibb.az xəbər verir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib. Həkimin sözlərinə görə, gecikmiş ağırlaşmalara isə infarktdan sonrakı stenokardiya, durğunluq, ürək çatışmazlığı, sol mədəciyin xroniki anevrizması daxildir.
Bu ağırlaşmalar ürək əzələsinin zədələnmə sahəsinin ölçüsündən, prosesin lokalizasiyasından və koronar damarlarda dəyişikliklərin xarakterindən asılıdır:
"Ağırlaşmış mərhələdə olan miokard infarktı zamanı sol qol, çiyin, kürək, aşağı çənə nahiyəsinə ağrılar yayılır. Ağırlaşmalar miokard infarktının gedişini də ağırlaşdırır.
Miokard infarktının ağırlaşmaları zamanı ilk 3 gün ərzində müxtəlif növ aritmiyalar: ekstrasistoliya, sinus və ya paroksizmal taxikardiya, səyrici aritmiya, mədəcikdaxili tam blokada qeydə alınır. Mədəciklərin titrəməsi fibrillyasiya ilə əvəz olunaraq, pasiyentin ölümü ilə sonlana bilər".
O, bildirib ki, durğun xırıltılar, ağciyər ödemi ilə xarakterizə olunan sol mədəcik çatışmazlığının ən ağır dərəcəsində ölümlə nəticələnən kardiogen şok müşahidə olunur. Nekroz sahəsində əzələ liflərinin cırılması ürəyin perikard boşluğuna qansızmaya səbəb ola bilər.
Geniş sahəli miokard infarktında ürəyin kəskin anevrizması formalaşa bilər. İlk 10 gün ərzində qan dövranının kəskin pozulması ilə əlaqədar mədəciklərin divarının cırılması nəticəsində şəxs həyatını itirə bilər.
"Damar divarında fibrinin toplanması divaryanı tromboendokardit inkişaf edir, bu zaman ayrılan trombotik kütlələrlə ağciyər, beyin, böyrək damarlarının emboliya təhlükəsi yaradır", - deyə uzman həkim əlavə edib.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53

