Mədə xorasını əmələ gətirən ƏSAS FAKTORLAR
25.01.2022 12:05
Mədə xorası mədənin normal daxili örtüyünün, başqa sözlə selikli qişasının tamlığının pozulmasıdır. Bütün mədə xoraları qastritlə, mədə iltihabı ilə başlayır. Düzgün qidalanmadıqda, düzgün müalicə olmadıqda problem xoraya qədər inkişaf edir.
 
Aztibb.az xəbər verir ki, aşağıda sadalanan faktorlar mədə xorasının əmələ gəlmə ehtimalını artırır:
 
- Qeyri-steriod ağrıkəsicilərin (asprin, ibuprofen) qəbulu;
- Helicobacter pylori (H. pylori) infeksiyası;
- Xroniki qastrit;
- Siqaret çəkmə;
- Spirtli içki qəbulu;
- Artan yaş;
- Qanın laxtalanma sisteminin problemləri.
 
Mədə xorasının əlamətləri
 
- Qarında ağrı. Bu ağrı sizi gecələr yuxudan oyada bilər;
- Antiasid dərmanların qəbulu və ya süd içməklə ağrılar keçə bilər;
- Yeməkdən 2-3 saat sonara başlaya bilər;
- Ac qaldıqda ağrılar daha kəskin ola bilər;
- Ürəkbulanma;
- Qusma;
- Qanlı qusuntu xoradan qanaxmaya dəlalət edir;
- Nəcisin qara rəngdə olması xoranın qanamasının digər göstəricisi ola bilər;
- Son zamanlar çəkinin azalması;
- Ümumi zəiflik.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub