Ötən il İcbari Tibbi Sığorta Agentliyinə daxil olan müraciətlərin yarısı koronavirusla bağlı olub
25.01.2022 11:22

2021-ci il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “1542” Çağrı mərkəzinə ümumilikdə 179 515 müraciət daxil olub.

 

Agentlikdən verilən məlumata görə, daxil olan müraciətlərin 87 717-si koronavirus, 41 575-i icbari tibbi sığorta, 29 779-u digər məsələlər, 9580-i poliklinik xidmət, 8684-ü əlillik məsələləri və 2180-i psixoloji dəstəklə bağlı olub.

 

Koronavirusla bağlı xəttə daxil olan müraciətlərin mövzuları aşağıdakı kimi olub:

 

• Koronavirus xəstəliyinin gedişatı haqqında məlumatla bağlı - 17 208 müraciət

• Vaksinasiya ilə bağlı - 26 609 müraciət

• COVID-19 testinin nəticəsi ilə bağlı - 43 900 müraciət

 

İcbari tibbi sığorta təminatı ilə bağlı xəttə daxil olan müraciətlərin əksəriyyəti müayinə və müalicə (12 514) və dərman təminatı (7439) barədə olub.

 

Çağrı mərkəzinə daxil olan bütün müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən məsələlər aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıblar.

 

Məlumat üçün bildirək ki, ötən ilin noyabr ayından etibarən Çağrı mərkəzinin xətləri yenilənib. Belə ki, hazırda Çağrı mərkəzi 4 yönəldici xətt üzrə xidmət göstərir: icbari tibbi sığorta, əlillik məsələləri, koronavirus və operatorla əlaqə.

 

Çağrı mərkəzinin icbari tibbi sığorta xətti (1542-1), əlillik məsələləri ilə bağlı xətti (1542-2), koronavirusla bağlı xətti (1542-3), sözügedən xəttin koronavirus xəstəliyinin gedişatı haqqında məlumat əldə edilməsi ilə bağlı alt xətti (1542-3-1), vaksinasiya ilə bağlı alt xətti (1542-3-2), COVID-19 testinin nəticəsi ilə bağlı alt xətti (1542-3-3) həftəiçi 5 gün 09:00-dan 18:00-dək, operator ilə əlaqə xətti isə 7/24 fəaliyyət göstərirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib