Hərarət zamanı təsirli olan aspirinin sirri nədədir? - Pediatr AÇIQLADI
25.01.2022 10:10
"Uşaq öskürən, burnu axan və hərarəti qalxan kimi dərman axtarmayın. Hər dəfə verdiyiniz dərmanlar nə olursa-olsun ziyansız ötüşmür, hüceyrələrə mənfi təsirini göstərir. Uşaq bir tərəfdən virus, digər tərəfdən dərmanlarla yüklənir. Əslində günlərin keçməsini səbr edərək gözləmək lazımdır. Bu zaman uşaq orqanizmi ən azından dərmanlara məruz qalmır".
 
Aztibb.az-ın xəbərinə görə, həkim-pediatr Aytən İsmayılzadə hərarət zamanı hələ qədim zamanlardan geniş istifadə olunan aspirin barədə maraqlı faktları bölüşərkən belə deyib.
 
Həkim qızdırma zamanı müraciət edilən, hər bir insan üçün tanış olan üsullardan danışıb. İnsanların ayaqlarını vanna edərək, suya aspirin qatıb içərək və tərləyərək hərarətin düşməsinə nail olduqlarını söyləyib:
 
"İlıq vanna damarları genəldir, hərarətin ətrafa ötürülməsi asanlaşır. Bəs aspirin nə üçün içilmədən tərlədib hərarəti salır?".
 
Pediatr belə izah edib ki, aspirin asetil salisil turşusu kimyəvi yolla istehsal edilmiş bir maddədir. Onun təbii mənbələri isə salisil turşusu şəklində moruq, böyürtkən və s. tərkibində olmasıdır. Eyni zamanda salxım söyüdün qabığında aspirin var. 
 
A.İsmayılzadə əlavə edib ki, aspirinin daxilə qəbulunun vacib olmadığı sübut olunmuşdur. O, dəridən də qana sorulub təsir etmək qabiliyyətinə malikdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub