Xaricdə təhsil alan həkimlər yüksək maaşla tibb müəssisələrinə cəlb olunacaq - Agentlik rəsmisi
24.01.2022 12:50

"Xaricdə təhsil almış həkimlərin tibb müəssisələrinə cəlb olunması proqramına başlanılır".

 

Aztibb.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib. O, bildirib ki, bu vacib proqramdır: “Əhali daha çox xaricdə oxuyan həkimlərin qəbuluna olmağa maraq göstərir, buna görə özəl tibb müəssisələrinə üz tuturlar. Bu proqram 2022-2023-cü illəri əhatə edəcək. Əsas gözlənti odur ki, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti yüksələcək".

 

O, deyib ki, bir il ərzində bu proqrama 8 milyon manatdan çox vəsait xərclənməsi nəzərdə tutulub. Bu zaman Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki tibb müəssisəsinə üstünlük veriləcək.

 

A. Əhmədova qeyd edib ki, proqram üzrə müraciət edən və ya tibb müəssisələri tərəfindən təqdim olunan həkim-mütəxəssislərin işə qəbulu Agentlik tərəfindən təsdiq olunan Komissiya tərəfindən aparılacaq: “Proqram çərçivəsində hər il üzrə prioritet ərazilərdəki tibb müəssisələrinin hər birinə 10 nəfərdən çox olmamaqla, ümumilikdə 100 nəfər həkim-mütəxəssisin (cərrahi və radioloji profilli ixtisaslar üzrə 60 nəfər, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 40 nəfər olmaqla) cəlb edilməsi nəzərdə tutulur.

 

Cərrahi və radioloji profilli ixtisaslar üzrə həkim-mütəxəssislərin həvəsləndirici əlavələri məbləği 6500 manatdan, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 5000 manatdan az olmamaq şərtilə müəyyən olunur. Məsələn, terapevtik və pediatrik profilli ixtisaslar üzrə çalışan həkimin aylıq vəzifə (tarif) maaşı Vahid Tarif Cədvəlinə uyğun olaraq 9-13-cü dərəcələr arası 415-487 manat təşkil edir. Əlavə olaraq 5000 manat həvəsləndirici əlavə aldıqda ümumi məbləğ 5415-5487 manat arası olur. Cərrahi və radioloji profilli ixtisaslar üzrə çalışan həkimin aylıq vəzifə (tarif) maaşı Vahid Tarif Cədvəlinə uyğun olaraq 11-15-ci dərəcələr arası 450-528 manat təşkil edir. Əlavə olaraq 6500 manat həvəsləndirici əlavə aldıqda ümumi məbləğ 6950-7028 manat arası təşkil edir. Proqramın maliyyələşdirilməsi icbari tibbi sığorta fondunun 2022-ci il üzrə büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir”.

 

Proqram çərçivəsində orta və qeyri-tibb işçilərinin ixtisaslarının artırılması da əsas hədəflərdən biridir. Belə ki, tibb müəssisələrində çalışan orta tibb işçiləri və biomedikal sahəsi üzrə mühəndislərin ixtisaslarının artırılması məqsədilə Türkiyə Cümhuriyyətinin aidiyyəti qurumları ilə əməkdaşlıq çərçivəsində təlimlərin keçirilməsi nəzərdə tutulur. Hər il 50 nəfər orta tibb işçisi və 30 nəfər biomedikal sahəsi üzrə mühəndis müvafiq tibb müəssisəsinin rəhbərinin təqdimatı əsasında Komissiya tərəfindən seçilərək təlimlərə cəlb olunacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır