Göz zəifliyi üçün eynək seçərkən nələrə diqqət edilməlidir? – Oftalmoloq AÇIQLADI
24.01.2022 13:36

Bir çox insan göz zəifliyi üçün eynək seçərkən qiymətinin münasib olmasına üstünlük verir. Bu kimi eynəklər gözlərə necə təsir edir? Keyfiyyətsiz eynək istifadəsi hansı göz problemlərinə gətirib çıxara bilər? Ümumiyyətlə, göz zəifliyi üçün eynək seçərkən nələrə diqqət edilməlidir?

 

Bu barədə Aztibb.az-a Diaqnoz Tibb Mərkəzinin oftalmoloqu Tünzalə Vəliyeva açıqlama verib.

 

T.Vəliyevanın sözlərinə görə, hazırda satışda münasib qiymətə satılan, lakin keyfiyyətinə nəzarət olunmayan eynəklərə çox rast gəlinir.

 

“Eynəklərin seçilməsində ən vacib məsələ nömrənin dəqiqliyi və optik şüşənin mərkəzinin pasiyentin göz mərkəzi ilə üst-üstə düşməsidir”, - deyən həkim bildirib ki, münasib qiymətə olan eynəklərdə bu məsələlər dəqiq deyil. O, əlavə edib ki, şüşənin mərkəzi və nömrəsi dəqiq olmadıqda göz tez zəifləyir və vaxtından əvvəl katarakataya səbəb ola bilir.

 

T.Vəliyevanın bildirdiyinə görə, ümumiyyətlə, eynək seçimi edərkən onun üz quruluşuna necə oturmasına fikir vermək lazımdır.

 

“Eynək nə çox balaca, nə də çox böyük olmalıdır. Eynəklər iki cür olur - yaxın və uzaq. Yaxını görmə eynəyi nə qədər balaca olsa bir o qədər yaxşıdır ki, uzağa baxdıqda gözə mane olmasın. Uzaq eynəyi pasiyentin zövqünə görə seçilir. Şüşələrə gəldikdə isə həm mineral şüşə, həm də orqanik şüşə mövcuddur. Orqanik şüşənin də gözə heç bir ziyanı yoxdur. Müasir dövrdə əsas təlabat orqanik şüşələrdir. Bu eynəklərin əsas üstünlüyü ondan ibarətdir ki, orqanik şüşələrdən istənilən örtükdə şüşə hazırlamaq mümkündür”.

 

Həkim vurğulayıb ki, şüşələrdən hansı məqsədlə istifadə ediləcəyi də böyük önəm daşıyır. Eynək iş prinsipinə uyğun seçilməlidir. Əgər yazmaq və oxumaqla əlaqədar eynəyə təlabat varsa, sadə, ağ orqanik şüşə, əgər kompüter, telefon kimi işlərdə istifadə olunacaqsa antiblik örtüklü və daha yeni texnologiya olan Nano Blue örtüklərdən də istifadə edilə bilər.

 

Oftalmoloq qeyd edib ki, eynək seçimində ən vacib məsələ eynəyin düzgün təyin edilməsi və eynək seçimində işin mütəxəssisinə müraciət edilməsidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev