Ağır COVID-19-un müalicəsində klaustrofobiyalı xəstələrə Nasal CPAP maskaları tətbiq edilə bilər - Şahin Məmmədov
22.01.2022 18:10

Koronavirusu ağır keçirən, klaustrofobiyalı xəstələr üçün Nasal CPAP maskaları alternativ çıxış yoludur. 

 

Aztibb.az xəbər verir ki, bu barədə tanınmış həkim-reanimatoloq Şahin Məmmədov məlumat verib. 

 

Həkim bildirib ki, ağır keçən COVID-19-un müalicəsində ənənəvi CPAP maskalarının taxılması zamanı demək olar ki, bütün xəstələr həddən artıq narahat olur. Xüsusən klaustrofobiyası olanlar üçün ənənəvi oronasal və full face CPAP maskalar dözülməzdir. Həmçinin maska çox kip bağlandığından xəstələrin burun və alın nahiyələrində, gözlərin içəri kənarında təzyiq yaralarını əmələ gətirir. CPAP maskasına dözə bilməyənlər ya intubasiya olunur, ya da psixotrop maddələrin tətbiqi ilə sakitləşdirilməyə çalışılır.

 

"Alternativ yol kimi ilk dəfə adətən yuxu apneasında istifadə olunan nasal CPAP maskasını tətbiq etdim", - deyən Ş.Məmmədov Nasal CPAP maskalarının ağır COVID-19-un müalicəsində əslində bəyənilmədiyini, rutin istifadə edilmədiyini bildirib.  Bunun səbəbi xəstə ağzını açarsa ona tətbiq olunan PEEP-in itməsidir. Belə hallarda CPAP-ın heç bir xeyri olmur və həkimlər gecikmiş intubasiyaya məcbur olurlar.


Həkimin sözlərinə görə, yalnız burunla nəfəs ala bilən xəstələrdə isə effektivlik ənənəvi CPAP maskalarındakından heç də az deyil. Lazımi PEEP-i verə bilir. 

 

"Bu maskalar rahatdır, çünkü xəstənin ağızı sərbəst qaldığı üçün həm rahat su içə bilir, lazımi halda söz deyə bilir, pron və lateral pozisiyada daha rahat uzana bilir, klaustrofobiyası olanlar psixotrop dərmanlarsız bunu çox rahat qəbul edirlər. Xəstə PAP-a dözə bilmirsə, high flow nasal kanyula effektsizdirsə, intubasiya qərarından əvvəl həkimlər nazal CPAP maskasını sinasınlar", - deyə Ş.Məmmədov bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır