Çox tərləmə orqanizmdə gizlin inkişaf edən xəstəliklərdən xəbər verir
21.01.2022 16:23

Tərləmə insan orqanizminin təbii funksiyasıdır. Tərləmə zamanı insan orqanizmindən toksiki maddələr ifraz olunur. Ağır fiziki iş zamanı və isti havada insan fəal şəkildə tərləyir. Dərinin üzərinə çıxan tər tez buxarlanır və bunun nəticəsində dəri soyuyur.

 

Aztibb.az Türkiyə mediasına istinadla xəbər verir ki, dermatologiya üzrə mütəxəssis Selma Uçar tərləmə probleminin sistemik xəstəliyin xəbərçisi ola biləcəyini bildirib.

 

"Bədənin isti-soyuq tarazlığını tərləmə saxlayır. Bədəndə 2-4 milyon tər vəziləri var. Bunlar qadınlarda çox olmasına baxmayaraq kişilərdə daha aktivdir. Tərləmə həyəcan, fiziki hərəkətlər, qorxu, əsəbilik kimi vəziyyətlərdə daha da aktivləşir. Lakin bu kimi səbəblər yoxdursa, tərləmə isə həddindən çoxdursa, bu, orqanizmdə problemin olduğunun göstəricisidir. 

 

Bu vəziyyətin altında yatan səbəb adətən metabolik, hormonal xəstəlik, yaxud istifadə edilən dərmanlar ola bilər. Əl, ovuc içi, qoltuqaltı, üz ilə ayaqlarda yaranan güclü tərləmənin altında isə adətən hər hansı bir səbəb olmur. Ancaq bütün bədəndə olan tərləmə infeksiya, ürək xəstəliklərindən ağciyər problemlərinə qədər bir çox xəstəliyin xəbərçisi ola bilər. Ona görə də, belə probleminiz olduqda əvvəlcə həkimə müraciət etməlisiniz ki, altında yatan səbəb müəyyən olunsun".

 

18-30 yaş arasında daha çox müşahidə edilən lokal tərləmə sosial həyata təsirsiz ötüşmür.

 

30 yaşdan sonra ifrat tərləmə problemi daha çox meydana çıxır. Çox tərləmə və eyni zamanda sinədə ağrı, qızdırma, nəbzin sürətli vurması, nəfəs darlığı, arıqlama, kimi hallar varsa ən tez vaxtda həkimə müraciət edin. Xüsusilə ümumi bir tərləmə artımı varsa, sistematik bir xəstəlik düşünülüb araşdırılaraq lazımi tədbirlər görülməlidir.

 

Həddindən artıq tərləməyə hormonal xəstəliklər səbəb olur. Tərləmə maddələr mübadiləsinin nəticəsi olaraq ortaya çıxdığından xüsusilə bədən maddələr mübadiləsini sürətləndirən xəstəliklər əvvəlcə araşdırılmalıdır. Tiroid vəzinin (qalxanabənzər vəzinin) həddindən artıq işləməsi, yəni hipertireoz, ən çox hallarda həddindən artıq tərləməyə səbəb olan sistematik xəstəlikdir.

 

Buna görə bu xəstəliyin digər əlamətləri olan çəki itkisi, əllərdə titrəmə, həddindən artıq əsəbilik, saç tökülməsinin olub-olmadığına baxılır.

 

Qalxanabənzər vəzinin hormonları ilə yanaşı. bəzi digər hormonların ifrazının artması da həddindən artıq tərləməyə səbəb olan digər hormonal xəstəlikdir.

 

Artıq çəki də tərləmənin digər bir səbəbi sayılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev