ATU-da rezidentlər üçün mühazirələr davam edir
21.01.2022 15:35
ATU-nun Rezidentura və magistratura şöbəsinin təşkilatçılığı ilə rezidentlər üçün keçirilən mühazirələr davam edir.
 
Bu gün Tədris Cərrahiyyə Klinikasında “İnfuzion terapiya: əsas aspektlər” mövzusunda Anesteziologiya və reanimatologiya kafedrasının dosenti İsrail Məhərrəmbəylinin mühazirəsi dinlənilib.
 
İ.Məhərrəmbəyli bu mövzunu təsadüfən seçmədiyini bildirib: “Uzun illərdir tələbələrlə, rezidentlərlə işləyən həkim kimi apardığım müşahidələr göstərir ki, onlar xəstənin vəziyyətini qiymətləndirməkdə daha çox çətinlik çəkirlər. Yəni, böhranlı vəziyyətlərdə xəstələrə ilkin yardımın göstərilməsi, onların şöbələrə yerləşdirilməsi, infuziv terapiyanın həcmini müəyyən etmək və təcili korreksiya aparmaq olduqca zəruridir. İlk növbədə xəstənin ümumi və yaxud intensiv terapiya şöbəsinə yerləşdirilməsinə düzgün qərar verilməlidir”.
 
Praktik fəaliyyət zamanı rast gəlinən problemləri operativ həll etmək üçün görülməsi vacib olan tibbi tədbirlərə toxunan reanimatoloq, intensiv terapiyanın istiqamətlərindən də söhbət açıb. O, aparılan klinik, laborator, monitor və funksional müşahidələrin əhəmiyyətini vurğulayıb, eyni zamanda qan itkilərinin dərəcəsini, həcmini müəyyən edərək, bu itkinin müqabilində xəstəyə köçürüləcək mayenin miqdarını, tərkibini müəyyənləşdirməyin klassik və müasir vasitələrini diqqətə çatdırıb.
 
Geniş diskussiya şəraitində keçən tədbirdə rezidentlər qarşılaşdıqları situasiyalarla bağlı öz rəylərini və fikirlərini bölüşüblər. Həmçinin onları maraqlandıran suallara aydınlıq gətirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib