Pasiyent-həkim münasibətləri necə təşkil olunmalıdır? - 10 VACİB NÜANS
21.01.2022 10:03
Günlük bəsit sağlamlıq problemləri diaqnoz qoyulmadan müalicə edilməməlidir, edilsə də, fayda görülmür. Pasiyentlər həkimə baş çəkən zaman istifadə edilən dərmanlar, yaxud köhnə analizləri göstərirlər. Əksər hallarda əlaqəsiz edilmiş analiz və müayinələri təqdim edib həkimi yanlış yönləndirmək, KT, USM və s. kağızlar əsasında müalicə tələb etmək düzgün deyil.
 
Aztibb.az xəbər verir ki, daxili xəstəliklər uzmanı Ramin Cavadov insanları həkimə müraciət edərkən bir sıra məqamlara ciddi riayət etməyə çağırıb.
 
O,  əsasən aşağıdakı nüanslara diqqət etməyin vacibliyini vurğulayıb.
 
1. Hər qızdırma infeksiyadan deyil.
 
2. Hər infeksiya bakerial deyil, yəni hər infeksiya aşkarlandıqda antibiotik verilməz.
 
3. Bir xəstəlik hər kəsdə eyni formada müalicə edilməz.
 
4. Hər oynaq ağrısı revmatik xəstəlik demək deyil.
 
5. Hər anemiya vitamin əksikliyinə bağlı deyil, yəni sadəcə vitaminlərlə müalicə edilməz.
 
6. Klimaksa girmiş qadınlarda və kişilərdə hər zaman anemiyanın ciddi səbəbləri ola bilər, sadəcə müalicə edilib üzərindən keçilməməlidir. Səbəbini də araşdırmaq lazımdır. 45 yaş üzərində anemiyası olan şəxslər araşdırıldığı zaman mədə-bağırsaq sistemi şişi görülmə riski yüksəkdir.
 
7. Aclıq şəkərinin normal olması diabetin nəzarət altında olmasını göstərmir.
 
8. Şəkər və təzyiq müalicəsi almaq kifayət deyil. Toxluq şəkərləri və ya ortalama şəkərə baxmaq, təzyiqi ölçmək lazımdır.
 
9. Pasiyentin istəyinə bağlı müalicə tələb edilməməlidir. Xəstənin vəziyyəti nəyi tələb edirsə, o müalicə həkim tərəfindən təyin edilir. 
 
10. Xəstənin vəziyyətinin optimal dəyərləndirilməsi üçün həkimlə mümkün qədər çox zaman keçirilməlidir, onlayn müalicə, telefon vasitəsilə dərman yazmaq kimi tələblər edilməməlidir.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev