İnstitut kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır
20.01.2022 09:37

Elmi-Tədqiqat Pediatriya İnstitutunda 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib.

 

Öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə institutun həkim kollektivi, o cümlədən Qanlı Yanvar hadisələrinin şahidi olmuş həkimlər 20 Yanvar faciəsinin tarixi xronologiyasını iştirakçıların nəzərinə çatdırıblar. Azərbaycan xalqının misilsiz qəhrəmanlığından, sovet ordusunun öz azadlığı uğrunda mübarizəyə qalxan silahsız insanlara qarşı törətdiyi hərbi cinayətdən söz açıblar.

 

Daha sonra Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, t.ü.f.d Allahverdi Musayevin başçılığı ilə işçi heyət 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Şəhidlər xiyabanını ziyarət edib.

 

İnstitutun kollektivi Vətən müharibəsində həlak olan şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər. Günahsız olaraq qətlə yetirilmiş oğul və qızlarımızın unudulmaz xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq şəhidlərin məzarları önünə tər qərənfillər düzülüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib