Xərçəngin ilkin əlamətləri: diqqət edilməli olan 5 BƏDƏN SİQNALI
19.01.2022 16:43

“İstirahət etdikdə belə aradan qalxmayan yorğunluq xərçəngin erkən əlaməti ola bilər”.

 

Bir insan xərçəngin varlığını nə qədər tez aşkar edərsə, terapiya və sağalma proqnozu bir o qədər yaxşı olacaq. Buna görə də bəzi fiziki siqnallara ciddi diqqət edilməlidir.

 

Bu barədə Aztibb.az medikforum.ru saytına istinadla xəbər verir.

 

Belə ki, Con Hopkins Tibb Məktəbinin mütəxəssisləri xərçəngin mümkün ilkin əlamətlərindən danışıb və bəzi “bədən siqnalları"na diqqət yetirməyi tövsiyə ediblər. Bu simptomların görünüşü mütləq xərçəngə işarə etmir. Lakin buna baxmayaraq, təhlükəsiz olmaq üçün onların fərqinə vardıqdan sonra mütləq terapevtə müraciət edilməlidir.

 

Bu simptomlara aşağıdakılar daxildir:

 

Səbəbsiz çəki itkisi. Həkimlər xərçəng səbəbindən arıqlama sindromunu “kaxeksiya” adlandırırlar: bu, maddələr mübadiləsinin artması, skelet əzələlərinin itirilməsi, yorğunluq, iştahın azalması ilə xarakterizə olunur. Xəstələrin 40%-ə qədəri xəstəliyin ilk siqnalı kimi qəribə tükənmişlik, zəiflik, çəki itkisini qeyd edirlər.

 

Yorğunluq. Xərçəng xəstələrində yorğunluq hissi çox iş və ya yuxusuzluq zamanı müşahidə olunan enerji itkisindən fərqlidir. Xərçəngli bir şiş bədən tərəfindən qəbul edilən qidaları udur, gücün qeyri-adi şəkildə azalmasına səbəb olur.

 

Hərarət. Qızdırma soyuqdəymə və qripin ümumi simptomu ola bilər və öz-özünə keçib gedir. Lakin bu, xərçəngin bir siqnalı da ola bilər. Onun xüsusiyyətləri: gecə aktivləşir, yoluxucu simptomlar olmadıqda baş verir, şiddətli gecə tərləmələrinə gətirib çıxarır.

 

Ağrı. Əgər uzun müddət ağrı hissi olur, bunun səbəbini izah edə bilmirsinizsə, həkimə müracitə etməlisiniz.

 

Dəridə dəyişikliklər. Qeyri-adi xallar, qabarıq şişlər, bədənin müəyyən nahiyələrində daim qanayan yaralar  və s. təcili şəkildə həkimə baş çəkməyə əsas verir. Dərinin saralması da mümkün infeksiya və ya xərçəngin göstəricisi ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev