Daha iki həkim 5 nömrəli Kliniki Doğum evinə mama-ginekoloq təyin edilib
19.01.2022 12:19

Sevinc Ağalari və Çinarə Teymurova Kliniki Tibbi Mərkəzin (KTM) nəzdində olan 5 nömrəli Kliniki Doğum evinə mama-ginekoloq təyin ediliblər.

 

Bu barədə Aztibb.az-a KTM-ın İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.

 

E.Hidayətoğlu bildirib ki, ölkənin bir nömrəli tibb mərkəzi olmağı hədəfləyən KTM tam yenidən qurulur. Burada tibbi heyətdən tutmuş, texniki imkanlara, xəstəxana divarlarına kimi bir sıra yeniliklər həyata keçirilir: "Əlbəttə ki, bütün bunlar icbari tibbi sığortanın sayəsində baş verir. Artıq ölkəmizdə tibbi xidmətlər hər bir vətəndaş üçün əlçatandır, xidmətdə məmnunluğun təmin olunması isə başlıca məqsəddir. Həm həkimlər, həm də sığortaolunanlar üçün geniş imkanların, rahatlığın və qarşılıqlı razılığın əldə olunması üçün bütün tibbi imkanlar səfərbərdir".

 

Qeyd edək ki, hər iki həkim Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb.
 
Sevinc Ağaları 2010-2012-ci illərdə Respublika Klinik Xəstəxanasında, 2015-ci ildən etibarən isə “German Hospital”da mama-ginekoloq vəziifəsində çalışıb. Çinarə Teymurova isə 2014-2017-ci illərdə “Baku Medical Plaza”da, 2017-2021-ci illərdə isə “Vital” klinikasında fəaliyyət göstərib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır