BMT-nin Baş katibi dünyanı növbəti pandemiyaya hazırlıqlı olmağa çağırıb
18.01.2022 10:32

Dünya ölkələri öz səhiyyə sistemlərini gələcəkdə baş verə biləcək yeni pandemiyaya hazırlamalıdırlar.

 

Aztibb.az-ın məlumatına görə, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.

 

"Biz yeni pandemiyaya monitorinq, yoluxanların erkən müəyyən edilməsi, hər bir ölkədə yoluxmaların artmasına sürətli cavab üzrə planlar, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının səlahiyyətlərinin artırılması vasitəsilə hazırlaşmalıyıq", - deyə baş katib bildirib.

 

A.Quterreş əlavə edib ki, dünya birliyi koronavirus pandemiyası ilə mübarizədə, əsasən də vaksinasiya sahəsində qoyulan hədəflərdən hələ çox geri qalır. Baş katib vaksinasiyanın sürətinin inkişaf etmiş ölkələrdə Afrikadan 7 dəfə yüksək olduğunu qeyd edib.

 

Quterreşin sözlərinə görə, dövlətlər xəstəliklərin qarşısının alınması, diaqnostikası və müalicəsi sistemlərini gücləndirməli və bütün ölkələr üçün ümumi tibbi sığortaya nail olmağa çalışmalıdırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib