Baş həkimin məhkəməsində şahidlər dindirilib  
17.01.2022 16:38

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə məhkəmə prosesində şahidlər dindirilib.

 

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda şahid qismində ifadə verən Lamiyə Əzizova bildirib ki, "Medistayl Hospitalı"nın əməkdaşı olub.

 

Lamiyə Əzizova bildirib ki, həyat yoldaşı tərəfdən iki pasiyent - Vüqar və Aysel adlı şəxs ona müraciət edib: "Onlara FHN-in Tibb Xidmətinin Modul Tipli Hospitalına yerləşdirilmələrini məsləhət gördük. Bizim vasitə ilə həmin şəxsləri hospitala apardıq. Ambulans haqqı olaraq 300 manat pul ödənildi. Həmin pul da kassaya ödənildi. Xəstənin yaxınları hospitala ümumilikdə 4 min manat pul veriblər".

 

Daha sonra şahid qismində Babək Əliyev dindirilib. O söyləyib ki, təqsirləndirilən Taleh İmanlı ilə qohumluq münasibətləri var: "O, mənim xalam oğludur. Həmin vaxt Fövqəladə Hallar Nazirliyində işləmişəm. Hazırda isə işsizəm. Mənim onunla heç bir əlaqəm olmayıb".

 

Məhkəmənin növbəti iclası yanvarın 24-nə təyin edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib