Sutkalıq sidiyin toplanılması QAYDALARI
17.01.2022 18:54
Pasiyentlərin müraciət etdiyi ən aktual suallardan biri də sutkalıq sidiyin hansı qaydada toplanılması ilə bağlıdır.
Aztibb.az-ın xəbərinə görə, bunu həkim nefroloq Taleh Nağdəliyev deyib. Həkim 24 saatlıq (sutkalıq) sidik toplama qaydalarından bəhs edib.
O, bildirib ki, böyrək funksiyaları haqqında geniş məlumat almaq və ya bəzi xəstəliklər zamanı sidikdə artan maddələrin dəqiq miqdarını təyin etmək üçün həkimlər müəyyən testlərə 24 saatlıq sidikdə baxılmasını tələb edirlər.
24 saatlıq sidik toplanılması aşağıdakı qaydalarla aparılmalıdır:
1. Sidik toplanılması başlanan səhər ilk sidik ayaqyoluna atılır və saatı qeyd olunur (məsələn, saat 08:00 )
2. Bu saatdan etibarən gündüz və gecə boyunca bütün sidik xüsusi toplanılma qablarına (məsələn, təmiz şüşə balon) yığılır. Toplanan sidiyin miqdarının diaqnoz üçün çox böyük əhəmiyyəti olduğundan tam miqdarda toplanılması önəmlidir.
3. Növbəti gün ilk səhər sidiyi də (məsələn, saat 08:00 ) toplama qabına əlavə olunur və bununla da 24 saatlıq sidik toplanılması yekunlaşır. Toplanan sidiyin miqdarı xəstə tərəfindən dəqiq ölçülür (məsələn, 1200-1500 və ya 2200 ml) və laboratoriyaya bu miqdar haqqında məlumat verilir. Toplanılan sidikdən analiz qabına əlavə olunub laboratoriyaya çatdırılır.
Həkim əlavə edib ki, toplama qabları olaraq yuyucu vasitə, qazlı, spirtli içkilər və s. qablardan istifadə olunması məsləhət deyil. Sidik toplanıldıqdan sonra sərin yerdə saxlanılmalı və ən qısa zamanda laboratoriyaya çatdırılmalıdır.
Pasiyentlər və həkimlər üçün çox önəmli olan bu testin düzgün aparılması məqsədilə qeyd olunan məqamlara diqqətlə yanaşılmalı və aydın olmayan nüanslarla bağlı həkimlə əlaqə saxlanılmalıdır.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

