Kivi visseral piydən azad olmaqda effektivdir - TƏDQİQAT
17.01.2022 13:07

Aparılmış tədqiqat göstərib ki, C vitamini ilə zəngin olan kivi visseral piyin ərimə sürətini artırır.

 

Visseral piy qarın boşluğunda yerləşir və orqanizmdə hormonların işini tənzimləyir. Onun həddindən artıq olması potensial təhlükələrlə nəticələnə bilər: xüsusilə, ürək xəstəlikləri riski artır, çünki visseral piyin tərkibinə spesifik kimyəvi maddələr daxildir. 

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, alimlərin qənaətinə görə, bəzi məhsulların qəbulu bu cür piylərin həddindən artıq miqdarından azad olmağa orqanizmə kömək edir – bununla əlaqədar olaraq onlar kivini qəbul etməyi tövsiyə edirlər.

 

“Nutrients” jurnalında dərc olunan tədqiqat nəticələrinə görə, kivi şəkərin qanda səviyyəsinə nəzarəti yaxşılaşdırır, bu isə piyin və çəkinin itirilməsi ilə bağlıdır. Tədqiqatda iştirak edənlər hər gün 12 həftə ərzində 2 kivi qəbul edirdilər. Bu müddət bitdikdə insanlarda plazmada C vitamininin səviyyəsinin əhəmiyyətli dərəcədə artımı, həmçinin diastolik və sistolik qan təzyiqi göstəricilərinin azalması, bel və bel-omba hissəsi nisbətində azalma qeydə alınmışdı.

 

“Kivinin tərkibinə həzmi yaxşılaşdıran aktinidin fermenti daxildir. Yaxşı həzm və davamlı çəki azalması bir-birini yaxşı tamamlayır”, - deyə tədqiqatçılar qeyd edirlər.

 

Alimlərin fikrincə, azı 69 qram çəkidə bir dənə kivinin tərkibində təxminən 64 milliqram C vitamini var. Məhz o fiziki iş zamanı bədəndə piyin əriməsini sürətləndirir. Bundan başqa kivi orqanizmdən azad radikalları xaric etməyə kömək edən xolin, lyutein və zeaksantin də daxil olmaqla, digər antioksidantların yaxşı mənbəyidir. Tədqiqat müəlliflərinin fikrincə, kivinin qəbulu və müntəzəm fiziki məşğələlər visseral piyin miqdarını əhəmiyyətli dərəcədə azaltmağa qadirdir, C vitamini tərkibli məhsulların kifayət qədər qəbulu isə insanları yağ kütləsinin toplanmasına daha dayanıqlı edə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev