Hindistanda omikrona qarşı vaksin hazırlanır
17.01.2022 11:18

Hindistanın "Gennova Biopharmaceuticals" əczaçılıq şirkəti koronavirusun omikron ştamına qarşı xüsusi vaksinin hazırlanması üzərində işləyir.

 

Aztibb.az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi bildirib.

 

Qeyd olunur ki, vaksin yaxın iki ay ərzində təqdim oluna bilər. Məlumata əsasən, qısa sınaq müddətindən sonra vaksini koronavirusa qarşı "buster" doza qismində istifadə etmək mümkün olacaq.

 

Vaksin sınaqlarının ilk iki mərhələsi preparatın təhlükəsiz olduğunu göstərib.

 

Qeyd edək ki, Hindistanda indiyədək əhalinin 92 faizi 1,56 milyard dozadan çox vaksinlə peyvəndlənib. Hindistanda bugünədək 37 milyondan çox şəxs koronavirusa yoluxub, 488 451 nəfər ölüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib