Professor Qalib Qarayevin 75 yaşı tamam olur
17.01.2022 13:23

Bu il yanvarın 17-də tanınmış alim-cərrah, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Qalib Şalon Oğlu Qarayevin anadan olmasının 75 ili tamam olur.

 

Aztibb.az xəbər verir ki, Qalib Qarayev 1947-ci il yanvar ayının 17-də Füzuli rayonunun Qarğabazar kəndində anadan olub, 1953-1963-cü illərdə həmin kəndin orta məktəbində, 1966-1972-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. 1972-1977-ci ildərdə elm axtarışlarını Leninqrad şəhərində professor V.İ.Kolesovun məktəbində davam etdirib.


O, burada Ürəyin işemik xəstəliyinin cərrahi müalicəsi qrupunda çalışıb, tac damarın şuntlanması və anastomozlaşdırılması problemi üzərində uğurlu elmi tədqiqatlar aparıb. 1979-ci ildə Daşkənd şəhərində "Tac damarın elektrotermokoaqulyasiya və ürək əzələsinin birbaşa revaskulyarizasiyası edən metodların müqayisəli qiymətləndirilməsi" mövzusunda dissertasiya işini müdafiə edərək tibb elmləri namizədi, 1987-ci ildə isə SSRİ Tibb Elmləri Akademiyasında "Ürəyin pozulmuş limfadrenajının tənzimlənməsi və onun kəskin miokard infarktı şəraitində ürək əzələsinin birbaşa revaskulyarizasiyasında rolu" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini alıb. 1990-cı ildə professor elmi adına layiq görülüb.


Qalib Qarayev 1972-1982 illərdə Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzində müxtəlif vəzifələrdə çalışıb. 1982 ildə Elmi-Tədqiqat Mərkəzinin direktoru təyin olunub.

 

Uğurlu elmi fəaliyyəti və elmi kadrların hazırlanmasındakı xüsusi xidmətləri nəzərə alınaraq 2000-ci ildə ona Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adı verilib.

2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tibb elmləri üzrə ekspert şurasının sədri təyin edilib.

O, 2014-cü ildə rusiyalı alimlərlə birlikdə süni ürək və yardımçı qan dövranı aparatı üzərində apardığı elmi tədqiqat işlərinə görə Rusiya Federasiyası Tibbi Texniki Aakademiyasının həqiqi üzvü seçilib.

 

Professor Qalib Qarayevi 75 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və elmi fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?