İnfluenza A virusu ilə necə mübarizə aparmalı? - Diqqət!
17.01.2022 10:31
"Elmi mənbələrə görə, Omikron koronavirusun son mutasiyasıdır".
 
Aztibb.az xəbər verir ki, pediatr-neanotoloq Nurəngiz Hacıyeva son günlər uşaqlar və böyüklər arasında geniş yayılmış xəstəlik barədə məlumat paylaşıb. Son günlər hər il olduğu kimi uşaqlar və böyüklər arasında İnfluenza A virusunun sıx görülməkdə olduğunu deyən həkim, bu virusun qış aylarında yuxarı tənəffüs yollarının ən çox xəstəlik törədən viruslarından olduğunu söyləyib. Qeyd edib ki, bu virus həmişə qış fəslində olur və olacaq. Lakin əvvəlki 2 ildə karantinlə əlaqədar uşaqların ətraf mühitdən təcrid edilməsi hazırda uşaqların daha həssas olmasına gətirib çıxarmışdır:
 
"Xəstəliyin gedişatı böyüklərə nisbətən uşaqlarda daha ağırdır. Xüsusən təkrar-təkrar xəstələnmə halları, müalicə bitəndə uşaqların yenidən xəstələnməsi, orta qulaq və ağciyərdə yaratdığı fəsadlara rast gəlinir. Virus hava-damcı yolu ilə keçir və yoluxan şəxs 5 gün müddətindən ətrafa qarşı yoluxdurucu olur. Buna görə də bağca, məktəb, əyləncə məkanları kimi qapalı yerlərdə virusa yoluxma ehtimali daha çox olur.
 
Virusun əsas əlamətləri valideynlərin ən çox təşvişə düşdüyü  38 dərəcədən yüksək temperatur, baş, əzələ, boğaz ağrısı, öskürək, burun axıntısı, qusma və ishaldır.
 
Bəs belə hallarda nə etmək olar?
 
Xəstəliyin yüngül gedişatında uşağın hərarəti düşür, onun əhvalı yaxşı olur və maye içirsə, 5 gün gözləmək lazımdır. Uşaqlara ev şəraitində saktlik yaratmaq vacibdir:
 
"Burun boşluğunu daim dəniz suyu ilə yumaq, ağrıkəcisi və hərarətsalıcı dərman (ibuprofen və ya panadol) vermək lazımdır. Xəstəlik 5-7 günə geriləyir. Digər simptomlar azalsa da, öskürək anidən kəsilmir, bu, bir müddət davam edə bilər. Əgər uşaqda nəfəs darlığı, tənəffüs sayında artım varsa, həkimə müraciət etmək tövsiyə olunur. Uşağın qarın əzələsinə baxaraq 1 dəqiqədə nə qədər nəfəs alıb-verdiyinə əsasən təngnəfəsliyi yoxlamaq olar".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub