İnfeksiyadan qoruyan QİDA MƏHSULLARI
17.01.2022 10:20

Düzgün qidalanma sağlamlıq üçün xüsusilə də immun sisteminin ehtiyatlarının infeksiya ilə mübarizə üçün lazım olan bir vaxtda vacibdir.

 

Aztibb.az infeksiyadan qoruya bilən qida məhsullarını təqdim edir:

 

Zəncəfil. Xalq təbabətində məhz immunitetin möhkəmləndirilməsi üçün vasitə kimi çoxdan istifadə edilir. Zəncəfil virus təhlükəsindən qorumağa qadirdir, o, boğazda ağrıları və şişkinliyi azaldır, infeksiyalardan azad edir. Zəncəfilin tərkibində immunitetin möhkəmləndirilməsi üçün qinqerol adlı çox faydalı komponent var.

 

Sarıkök. Virusların profilaktikası üçün ən yaxşı vasitələrdən biri hesab olunur. Sarıkök, çox əsrlərdir ki, istifadə olunur və effektivliyini itirməyib. Bu qida məhsulu virus infeksiyalarının qarşısını alır, o, həm yeməklərin tərkib hissəsi, həm də ədviyyat kimi ən müxtəlif növlərdə istifadə oluna bilər.

 

Kivi. Tərkibində fol turşusu, kalium, K, C vitaminləri və digər faydalı maddələr olan super qida məhsuludur. Onlar infeksiyalarla mübarizə üçün qan hüceyrələrinin sayını artırır. Minerallar orqanizmin tez sağalmasında mühüm rol oynayır.

 

Sarımsaq. Əksər ailələrdə qidanın hazırlanması üçün istifadə edilir. O nəinki qidanın dadını artırır, həm də immuniteti qaldıraraq, sağlamlığı gücləndirir. Sarımsaq infeksiyaların qarşısını alan və iltihabları azaldan kükürd birləşmələri ilə zəngindir.

 

Quru xurma. Lif, kalsium, vitaminlər, dəmir və maqnezium sayəsində çox qidalandırıcı və faydalı qida məhsulu hesab oluna bilər. Gündəlik səhər yeməyi üçün koronavirusun “omikron” ştamı da daxil olmaqla, viruslar təhlükəsindən müdafiəni təmin edən yaxşı seçimdir. Xurma immuniteti möhkəmləndirir və xolesterinin səviyyəsini aşağı salır.

ÇOX OXUNANLAR
Qaraciyərin düzgün işləməməsinin ƏLAMƏTLƏRİ  
Təbii vasitə 12 həftə ərzində 8 kiloqrama qədər arıqladır
Buğda cücərtisi gənclik iksiri kimi də bilinir
Təcili tibbi yardım briqadasının yardımı ilə 66 yaşlı xəstə Mərkəzi Klinik Xəstəxanaya hospitalizasiya olunub
Şuşa Rayon Mərkəzi Xəstəxanasının ginekoloqu Şəbnəm Baxşəliyeva - Həkimlərimizi tanıyaq!
Şahdamara stend taxıla bilərmi?
Uzman həkim Şiraslan Baxşəliyev Gəncə Beynəlxalq Xəstəxanasında pasiyentləri qəbul edəcək
Uşaq cərrahı Günel Əmiraslanova Şəkidə Bonum Medicalda pasiyent qəbulu həyata keçirəcək
Böyrək daşı xəstəliyi nədir və necə yaranır?
Qaradağ Tibb Mərkəzində daha bir uğurlu əməliyyat icra olunub
Sürətli döyüntünün tək səbəbi ürək deyil!
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Masallı Rayon Mərkəzi Xəstəxanasının otorinolarinqoloqu Kamran Musayev - Həkimlərimizi tanıyaq!
Naftalan Şəhər Mərkəzi Xəstəxanasının nevroloqu Təranə Bayramova - Həkimlərimizi tanıyaq!