Fistul ilə kateterin fərqi nədir? - Nefroloqdan İZAH
17.01.2022 20:54
Kateter xüsusi plastik materialdan hazırlanmış qasıqda, boyunda və çiyində böyük bir damara taxılan vasitədir. Kateterlər qısamüddətli (1 həftə -1 ay arasında) istifadə üçün uyğundur. Fistulun normal çalışması üçün 1-3 ay vaxt tələb olunur və ona görə bu müddətlik kateterlə dializ olunması məqsədəuyğundur.
 
Aztibb.az-ın xəbərinə görə, həkim nefroloq Barat Yusubov fistul ilə kateterin fərqini izah edərkən belə deyib.
 
Həkim qeyd edib ki, kateterlərin mənfi tərəflərinə infeksiya riski, qısa vaxtda tıxanması, taxılarkən ürək, ağciyər və damar zədələnmələri daxildir. Kateterin davamlı yerində qalması gündəlik həyatda geyinib-soyunmaqda məhdudiyyətlər yaradır.
 
Süni damar (greft) xəstəyə fistulun taxılması mümkün olmayanda və ya damarın quruluşu fistula uyğun olmayan hallarda tətbiq edilən vasitədir. Süni damarın texniki olaraq tətbiqi daha çətin və maddi cəhəddən daha bahalıdır. Fistulla müqayisədə greftlərin ömrü daha qısadır. Mənfi tərəflərinə laxtalanma, infeksiya, damar genişlənməsi riskləri daxildir.
 
"Hemodializ seansları üçün hansı üsulun daha uyğun olması pasiyent, nefroloq və damar cərrahının birgə qərarı nəticəsində müəyyən edilir", - deyə həkim əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev