Beyin qan damarlarının tıxanmasının əsas SİMPTOMLARI
16.01.2022 10:39

Qan damarlarının ən yayılmış xəstəliklərdən biri aterosklerozdur.

 

Bu xroniki xəstəlik zamanı qan damarlarında piyə oxşar maddələr toplanır. Bunun nəticəsində damarların mənfəzi daralır, qan dövranı pozulur. Ateroskleroza uğramış damarlar getdikcə tam tutula bilər ki, bunun nəticəsində infarkt, insult, hər hansı orqanda qanqrena inkişaf edə bilər.

 

Damarlarda aterosklerozun inkişafı artıq 20 yaşdan sonra başlayır və onun simptomlarını hər bir insan bilməlidir ki, vaxtında lazım olan tədbirlər görsün.

 

Aztibb.az xəbər verir ki, beyin damarlarının tıxanması özünü bu kimi simptomlarla büruzə verir:

 

- tez-tez təkrarlanan baş ağrıları;

- qulaqlarda küy;

- qısamüddətli yaddaş pozulması;

- yuxunun pozulmaları (gecə tez-tez yuxudan oyanmaq, yuxusuzluq);

- psixoemosional dəyişikliklər: səbəbsiz depressiya, hər şeydən şübhələnmə, ağlağanlıq, əhəmiyyətsiz şeylərə görə narahat olmaq, həyacan keçirmək.

 

Xəstəlik inkişaf etdikcə insanda hərəkət koordinasiyasının pozulması, vaxtaşırı olaraq baş və ya ətrafların əsməsi (xüsusilə həyacan zamanı) kimi simptomlar əmələ gəlir.

 

Aterosklerozun ilk simptomlarında həkimə müraciət etmək lazımdır. Ateroskleroz tam müalicə olunmasa da onu gedişatını xeyli ləngitmək mümkündür. Bunun üçün artıq çəkidən azad olmaq, qanda şəkərə və arterial təzyiqə daim nəzarət etmək və onları normada saxlamaq, xüsusi bədən tərbiyəsi ilə məşğul olmaq, sağlam qidalanmaq lazımdır. Lazım olduqda həkim xolesterinin səviyyəsini aşağı salan dərmanları təyin edə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub