Təyyarədə körpə dünyaya gəldi
16.01.2022 10:40

Qətərdən Uqandaya gedən sərnişin təyyarəsində uşaq dünyaya gəlib.

 

Aztibb.az www.unionesarda.it/ru-ya istinadən xəbər verir ki, Qətərin paytaxtı Dohadan Uqandanın Entebbe şəhərinə gedən təyyarə reysində xoşbəxtlikdən Toronto Universitetində təlimçi kimi çalışan həkim Aişə Xətib də olub. Həkim 35 həftəlik hamilə qadını doğuş zamanı tək buraxmayıb. 8 aylıq körpəyə həkimin adı ilə Möcüzə Aişə adı verilib. 

 

"Təyyarədə uşaq dünyaya gətirəcəyimi heç düşünmürdüm. Möcüzə adlı qızın havada dünyaya gəlməsinə dəstək olan hava yolu komandasına təşəkkür edirəm. Ana və körpə sağlamdır", - deyə A.Xətib açıqlamasında bildirib.

 

Doktor Xətib körpəyə doğuş zamanı boynunda ərəbcə adı yazılmış qızıl boyunbağını hədiyyə edib.

 

Qeyd edək ki, hava yolları mətbuata verdiyi açıqlamada, 36 həftəyə qədər hamilə olan qadınların uçmasına icazə verildiyini bildirilib. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib