Psixoterapevtdən bağçada uşağın döyülməsi məsələsinə REAKSİYA
14.01.2022 12:10
"Bəzi valideynlərin övladları təki ali təhsil alsın deyə məcbur hansısa ali məktəbə daxil olur, pul qazansın deyə sevmədiyi bir sahədə çalışır".
 
Aztibb.az-ın xəbərinə görə, həkim-psixiatr Əziz Mustafayev bağçada uşağın döyülməsi məsələsinə münasibət bildirərkən belə deyib.
 
Həkim qeyd edib ki, əksər hallarda uşağa sağlam şəxsiyyət üçün deyil, sözəbaxan olması üçün tərbiyə verilir. Nə qədər ki, ehtiyac olduğu halda, "psixiatra müraciət ayıbdır" deyə yardım almayacaqlar, belə problemlər ortaya çıxacaq.
 
Qeyd edək ki, İsmayıllıda yerləşən uşaq bağçalarının birində göstəriş üçün şəkil çəkmək istəyən tərbiyəçi azyaşlıdan şirniyyatı ağzında tutmasını istəyib. Lakin uşaq buna əməl etmədiyinə görə, o, azyaşlının başına zərbə endirib. Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır. Üç yaşlı uşağı vuran bağçanın tərbiyəçi – müəlliməsi 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib. 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib