Ötən il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 25 mindən çox vətandaş müraciət edib
13.01.2022 15:07
2021-ci il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) ümumilikdə 25 373 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 25 303-ü ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 70-i isə teleqram vasitəsilə edilib. 3776 müraciət əsasən Bakı, Gəncə və Sumqayıt şəhərləri, Bərdə, Astara, Cəlilabad, Masallı, Abşeron və Lənkəran rayonlarının sakinləri tərəfindən birbaşa olaraq Agentliyə edilib.
Bu barədə Aztibb.az-a Agentlikdən məlumat verilib.
Bildirilib ki, 21 597 vətəndaş müraciəti isə müvafiq dövlət qurumları tərəfindən baxılması üçün Agentliyə yönləndirilib. Daxil olan müraciətlərin 11 937-si müayinə və müalicə, 7289-u əlillik məsələləri, 2490-ı işə qəbul və əmək münasibətləri, 1506-sı COVID-19, 897-si dərman vasitələri və tibbi sərflə təminat, 1254-ü isə digər məsələlərlə bağlı mövzuları əhatə edib. 21 775 müraciət cavablandırılıb, digərləri isə icradadır. Habelə Agentliyin sosial şəbəkələrdəki səhifələrinə ötən il ərzində 26 390 sorğu daxil olub.
Sosial şəbəkələrdəki vətəndaşları ən çox maraqlandıran mövzular ailə həkimi seçimi, Xidmətlər Zərfinə daxil olan və olmayan əməliyyatlar, icbari tibbi sığorta haqqı, göndəriş vərəqəsinin verilməsi qaydası, vaksinasiya üçün onlayn növbə xidmətindən istifadə və peyvənd, immunitet, əks göstəriş sertifikatlarının əldə edilməsi qaydası və s. olub.
Qeyd edilən müddət ərzində 5916 vətəndaş qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən əlillik dərəcəsinin təyin edilməsi, icbari tibbi sığortanın tətbiqi, işə qəbul və əmək münasibətləri, müayinə-müalicə, cərrahiyə əməliyyat, COVID-19 və s. məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib.
Vətəndaş qəbulu ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin qayda və tələblərinə uyğun keçirilib.
Bu bölməyə aid digər xəbərlər
Süni intellektin tibbi tədqiqatlara inteqrasiyası müzakirə olunub
25.10.2026 | 10:07
Müasir biologiya və təbabətin prioritet istiqamətlərindən olan kök hüceyrə tədqiqatlarına həsr olunmuş seminar
24.10.2026 | 10:06
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

