Böyrəyini itirmək təhlükəsi ilə üzləşən körpə uğurla əməliyyat olunub - Mərkəzi Klinika
13.01.2022 15:26

Hamiləliyin 5-ci ayından doğulacaq körpənin böyrəyində itirilməsinə gətirib çıxaracaq qədər ciddi problem olduğu məlum olub. 

Körpənin böyrəkdə qarın boşluğu və çanağa qədər uzanan (Ap çap 90 mm) ciddi genişlənmə mövcud olub. Genişlənmə böyrək ləyənin sidik axarına keçən hissəsində keçişin olmaması səbəbindən qaynaqlanıb (Üreteropelvik darlıq).

 

Aztibb.az-a Mərkəzi Klinikadan verilən məlumata görə, körpənin böyrəyini qurtarmaq şansı olduğu üçün Klinikanın Pediatriya şöbəsinin uşaq cərrahı t.ü.f.d. Fuad Hüseynov və həkim Günel Əmiraslanova tərəfindən cərrahi əməliyyat icra edilib. 

 

Əməliyyat zamanı qarın boşluğunu və çanağı dolduran böyük ölçülü böyrək ləyəninin olduğu müəyyən edilib, sidiyin axmasına mane olan dar hissə çıxarılaraq sidik axarı böyrək ləyəninə tikilib (Pyeloplastika).

 

Əməliyyat uğurlu keçib, sidiyin rahat axması təmin edilib.

 

Hazırda 3 aylıq olan körpənin böyrəkləri normal işləyir və bütün risklərdən uzaq evlərindədir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır