Türkiyədə COVID-19 xəstələri ilə təmasda olanlar üçün məcburi PZR-testi ləğv edilib
13.01.2022 09:00

Türkiyədə koronavirus xəstələri ilə təmasda olmuş insanlar üçün məcburi PZR-testindən keçmək qaydası ləğv edilib.

 

Aztibb.az-ın məlumatına görə, bu barədə Elmi Komitənin iclasının yekunlarında səhiyyə naziri Fahrettin Koca deyib.

 

Onun sözlərinə görə, iclasda koronavirusa qarşı hər üç peyvəndi vurduran şəxslərin karantinə alınmaması qərara alınıb.

 

Koronavirus xəstələri üçün karantin müddətindən danışan nazir qeyd edib ki, onlar təkrar test vermədən 7 gündən sonra özünütəcrid rejimindən çıxa biləcəklər.

 

"Elmi Komitəmiz inkişaf etmiş ölkələrdə qüvvədə olan qaydaları və xəstəliyin yayılmasını nəzərə alaraq, koronavirus xəstələri ilə təmasda olanlar üçün məcburi PZR testini ləğv edib. Bundan sonra PZR testi yalnız xəstəliyin simptomları olan şəxslər üçün məcburi olacaq", - deyə nazir əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib