İlham Əliyev: “Buster” dozanı aldım"
12.01.2022 20:47

"Vaksinasiya ilə bağlı son məlumata görə, 18 yaşdan yuxarı olan əhalinin haradasa 64 faizi artıq iki dozu alıb, ümumi əhali daha az. Eyni zamanda, buster dozasını 1 milyon 500-dən çox adam alıb, o cümlədən də mən. Mən bunu ilk dəfə deyirəm. Mən üçüncü dəfə vaksin almışam və hər kəsə bunu məsləhət görürəm".

 

Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

 

"Hər birimiz vaksin almalıyıq və vaxtaşırı o anticisimlərin sayını da yoxlamalıyıq. Mən də özümü yoxlatdırıram, qan analizi verirəm, baxıram. Mən nə üçün üçüncü dəfə peyvənd olundum?! Gördüm ki, artıq məndə anticisimlər azalır. Haradasa artıq o səviyyəyə düşə bilər ki, sanki peyvənd almamışam, ona görə üçüncü – “buster” dozanı aldım. Heç bir təsir yoxdur, Azərbaycanda ümumiyyətlə heç bir fəsad olmayıb. Çünki həm “Sinovac”, həm “Pfizer” görünür ki, çox sağlam və keyfiyyətli vaksinlərdir. Ona görə məsləhətim budur və əlbəttə ki, özlərini qorusunlar, öz valideynlərini qorusunlar. Xüsusilə yaşlı insanlar özlərini qorumalıdırlar. Bütün bu yeni davranış qaydalarına biz gərək özümüzü uyğunlaşdıraq. İndi görək, deyirlər ki, bu viruslar illər keçdikcə öz gücünü itirir və sonra adi qrip halına çevrilir. Ümid edirəm ki, bunu da biz görəcəyik", - dövlət başçısı bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır