Tibb müəssisələrində sabit aylıq həvəsləndirici əlavələr verilən işçilərin əhatə dairəsi genişləndirilib
12.01.2022 19:46

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) müvafiq qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda (Qayda) dəyişiklik edilib.

 

Aztibb.az xəbər verir ki, yeni dəyişikliyə əsasən, tibb müəssisələrində sabit aylıq həvəsləndirici əlavələr verilən tibb və qeyri tibb işçilərinin əhatə dairəsi genişləndirilib. Belə ki, aşağıda qeyd edilən 8 elmi-tədqiqat institutunun elmi şöbələrində çalışan işçilərinin aylıq vəzifə (tarif) maaşlarına sabit aylıq həvəsləndirici əlavələr müəyyən olunub. Yeni qərar 01 aprel 2021-ci il tarixindən qüvvəyə minir.

 

  1. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu
  2. K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu
  3. Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu
  4. Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu
  5. Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu
  6. V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu
  7. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu
  8. Akademik M.A Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi

Sabit aylıq həvəsləndirici əlavələr aşağıdakı 8 vəzifə üzrə çalışan 470-dən çox işçiyə şamil olunur:

 

№

İxtisasın/vəzifənin adı

Sabit aylıq həvəsləndirici əlavələrin məbləği (manat)

1

Elmi şöbənin müdiri

500,00

2

Baş elmi işçi

400,00

3

Aparıcı elmi işçi

350,00

4

Böyük elmi işçi

300,00

5

Elmi işçi

250,00

6

Kiçik elmi işçi

200,00

7

Laborant (böyük laborant daxil olmaqla)

150,00

8

Qeyri-tibb işçiləri

100,00

 

Nümunə 1: Məsələn, elmi şöbənin müdirinin aylıq vəzifə (tarif) maaşı Vahid Tarif Cədvəlinə uyğun olaraq 14-17-ci dərəcələr arası 423-529 manat təşkil edir. Əlavə olaraq 500 manat sabit aylıq həvəsləndirici əlavə aldıqda ümumi məbləğ 923-1029 manat arası təşkil edir.

 

Nümunə 2: Baş elmi işçinin aylıq vəzifə (tarif) maaşı Vahid Tarif Cədvəlinə uyğun olaraq 16-17-ci dərəcələr arası 457-529 manat təşkil edir. Əlavə olaraq 400 manat sabit aylıq həvəsləndirici əlavə aldıqda ümumi məbləğ 857-929 manat arası təşkil edir.

 

Qeyd edək ki, bu Qaydaya edilən sayca üçüncü dəyişiklikdir. Səhiyyə işçilərinin əməkhaqlarının tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, onların maddi rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər bundan sonra da  davam etdiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır