"Azərbaycanda daha çox dəmir defisitli anemiyaya rast gəlinir" -  Mütəxəssis-ekspert
12.01.2022 16:01

2020-ci ildə Azərbaycanda anemiyadan (qan azlığı) əziyyət çəkən 43 min 188 nəfər qeydiyyata alınıb. Deməli, ölkədə hər 100 min nəfərdən 433-ü anemiya xəstəsidir. Anemiyadan əziyyət çəkənlərin əksəriyyəti gənc qadınlardır.

 

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev nazirliyin instaqram hesabında canlı yayımda danışarkən deyib.

 

Həkim-mütəxəssis qeyd edib ki, 2016-2020-ci illər ərzində ölkədə qan azlığından əziyyət çəkənlər arasında azalma müşahidə edilir:

 

“Anemiyadan əziyyət çəkənlərlə bağlı 2021-ci il üzrə statistik məlumatlar tam hazır deyil. Xəstəliyə qadınlarda daha çox rastlanması isə fizioloji prosesdir. Həmçinin vegetarianlar arasında da anemiya halları geniş yayılıb, lakin ölkədə vegetarian qidalananların sayı azdır. Ümumiyyətlə passiv həyat tərzi və qeyri-sağlam qidalanma qan azlığına səbəb olan amillərdəndir”.

 

Z.Quliyevin dediyinə görə, anemiyanı yaradan əsas səbəblər yalnız müayinə nəticəsində aydın olur:

 

“Xəstəliyin bir sıra simptomları var. Həmin simptomlar digər xəstəliklərin əlamətləri ilə oxşardır. Misal üçün, baş gicəllənməsindən, ürək döyüntülərindən və qan təzyiqi yüksəkliyindən əziyyət çəkdiyi üçün kardioloqa müraciət edənlər arasında anemiya xəstələri çoxdur. Saç tökülməsi də həmin xəstəliyin əlaməti ola bilər. İstənilən halda, düzgün qidalanaraq və sağlam həyat tərzi keçirərək anemiyadan xilas olmaq bir çox hallarda mümkündür.

 

Onu da qeyd edim ki, qanın ümumi analizi anemiyanı müəyyən edir, lakin məhz hemoqlobin müayinəsi anemiyanın dəmir defisitli, B12 defisitli, yoxsa sümük iliyi ilə bağlı olduğunu ayırd etməyə imkan verir. Azərbaycanda daha çox dəmir defisitli anemiyaya rast gəlinir. Dəmir defisitli anemiyanın əsas əlamətləri halsızlıq, yorğunluq və hərəkət ağrılarıdır”.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır