Ağciyər xərçənginə qarşı hazırlanan dərmanın klinik tədqiqatlarına başlanılıb - Türkiyədə
12.01.2022 15:58

İstanbulun Boğaziçi Universitetinin kimya fakültəsinin professoru Rana Nomak Sanyal və komandasının ağciyər xərçənginə qarşı hazırladığı dərman preparatının laboratoriya işləri tamamlanaraq klinik tədqiqatlara başlanılıb.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, 18-75 yaş arası təkrarlanan, metastatik və ya irəliləmiş ağciyər xərçəngindən əziyyət çəkən xəstələr üçün hazırlanan dərmanın birinci faza tədqiqatları Ankara Onkoloji Tədris və Araşdırma Xəstəxanasının Klinik Araşdırma Mərkəzində aparılır.

 

Bu mərhələdə tədqiqatlar ümumilikdə 16 xəstə üzərində aparılacaq. Tədqiqatın faza-1a mərhələsində altı könüllü xəstəyə maksimum dözümlülük dozası tətbiq ediləcək, faza-1b mərhələsində isə 10 könüllü xəstə üzərində preparatın effektivlilik və təhlükəsizlik dərəcəsi qiymətləndiriləcək.

 

Birinci faza sınaq mərhələsi yeni dərman üçün ilk klinik başlanğıc nöqtəsi hesab edilir ki, bu da laboratoriya şəraitində effektivliyi sübut edilmiş bir dərman və ya molekulun xəstələr üzərində təsiri, dozası və yan təsirləri ilə bağlı tədqiqatların qiymətləndirilməsi deməkdir.

 

Qeyd edən ki, adı çəkilən preparat Türkiyədə xərçəngə qarşı hazırlanan ilk dərmanlardan biridir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır