“TURKOVAC”ın effektivliyinə dair tədqiqatın nəticələri açıqlanıb
12.01.2022 14:44

Türkiyənin COVID-19-a qarşı istehsal etdiyi “TURKOVAC” peyvəndinin effektivliyinə dair tədqiqatın üçüncü mərhələsi başa çatıb.

 

Aztibb.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Koronavirus Elm Qurumunun üzvü professor Minə Durusu Tanrıöver bildirib ki, “TURKOVAC” ən azı Çin istehsalı “CoronaVac” vaksini qədər təhlükəsiz və effektiv bir peyvənddir.

 

Bildirilib ki, ötən ilin 2 iyun-27 dekabr tarixlərində 1286 nəfərə tədqiqat peyvəndinin ən azı bir dozası vurulub. 18-55 yaş arasında olan könüllülər COVID-19-a yoluxmayıb və ya peyvənd edilməyib.

 

Qeyd olunub ki, “TURKOVAC”la bərabər, könüllülərin digər qollarına müqayisəli olaraq “CoronaVac” vaksini də vurulub. Hər iki peyvəndin yan təsirləri eyni olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib