Azərbaycanlı həkim Avropa Uşaq Urologiyası Cəmiyyətinin Təhsil Komitəsinə üzv seçilib
12.01.2022 23:04

Tanınmış uroloq-androloq, M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının baş həkimi, uşaq urologiyası uzmanı Pərviz Hacıyev Avropa Uşaq Urologiyası Cəmiyyətinin Təhsil Komitəsinə üzv seçilib.

 

Aztibb.az xəbər verir ki, bu barədə uzman həkim sosial şəbəkədə paylaşım edib.

 

Qeyd edək ki, Pərviz Hacıyev Ankara Universiteti Tibb fakültəsinin məzunudur. O, 2015-ci ildə Ankara Universitetində "Urologiya" üzrə uzmanlıq təhsili almışdır. 2015-ci ildə YDUS (Yan Dal Uzmanlık) imtahanında Türkiyə üzrə 2-ci yeri əldə etmiş və Ankara Universitetində Uşaq urologiyası üzrə uzmanlıq təhsilinə başlamışdır. 2019-cu ildə təhsilini başa vuran azərbaycanlı həkim "Uşaq urologiyası uzmanı" dərəcəsini almışdır.

 

O, 2013-2014-cü illərdə Avropa Uşaq Urologiyası Konqreslərində (ESPU) ən yaxşı araşdırmaların müəllifi kimi 2 dəfə birinci yerə layiq görülmüşdür. 2019-cu ildə Belçikada keçirilən Avropa Uşaq Urologiyası Bordunun imtahanlarını verərək FEAPU (Avropa Uşaq Uroloqu) titulunu almışdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır