Qənirə Paşayeva Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru ilə görüşüb
11.01.2022 17:16
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru, prof. Cəmilə Qurbanova ilə görüşüb, onu institutun 35 illik yubileyi münasibətilə təbrik edib.
Aztibb.az xəbər verir ki, görüşdə Qənirə Paşayeva Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun ölkəmizdə öz profili üzrə səhiyyə mədəniyyətinin yaradılması, təbliğ və təşviqində önəmli mövqeyə sahib olduğunu bildirib. Qeyd edib ki, insanlara sağlamlıq bəxş etmək, elmin bu sahəyə tətbiqi imkanlarını genişləndirmək, yenilikləri öyrənmək və icra etmək təqdirəlayiq hadisədir.
Cəmilə Qurbanovanın bu müəssisəyə 2014-cü ildən rəhbərlik etdiyini deyən millət vəkili ETMGİ-nin binasının əsaslı təmirdən sonra açılışının 2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə baş tutduğunu xatırladıb.
O, hazırda institutun güclü kadr potensialı ilə seçildiyini deyərək, burada 46 elmi işçi, 67 həkim, 5 doktorant, 12 həkim-rezident, o cümlədən 2 tibb elmləri doktoru, 24 tibb üzrə fəlsəfə doktoru olmaqla 428 əməkdaşın çalışdığını diqqətə çatdırıb.
"ETMGİ respublikada ana və uşaqların sağlamlığının monitorinqi, çox yayılmış xəstəliklərin müalicə və profilaktikası üsullarının təkmilləşdirilməsi kimi mühüm elmi istiqamətə malikdir. Bu anlamda, ana, döl və yenidoğulmuşların sağlamlığının qorunması, insanın reproduktiv funksiyasının fiziologiyası və patologiyasının öyrənilməsi xüsusi əhəmiyyət daşıyır", - deyə komitə sədri əlavə edib.
Daha sonra Qənirə Paşayeva ETMGİ direktoruna Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.
Prof. Cəmilə Qurbanova təbrikə və səmimi görüşə görə millət vəkilinə təşəkkür edib.
Görüşdə “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva da iştirak edib.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

